Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 16, 2008 16:02

  Fernando Pessoa. Adsız şeir

Dişlərimi topağa batırıb
Torpağın dadını bilsəydim əgər
Heç olmasa
                  bir anlığa xoşbəxt olardım…
Əbədi xoşbəxt
                 olmaq istəmirəm ancaq…
Bədbəxt olmaq gərək hərbənbir
                 özün olmaq,
Öz içində bardaş qurub 
              dualar etmək üçün.
Günəş də hər gün işıq saçmır axı
            yağışa həsrət torpaq da  
                 cadar-cadar dodağıyla                                 
 göylərə yalvarır bir gün…
Buna görə mən           
 bədbəxtliyi xoşbəxtlik kimi,  
                      tale kimi      
                             bağrıma basıram… 
                       yamyaşıl otun üstündəki şeh           
qulağına deyilən ilahi sözdən titrəyir,
                                   ay qız…Nə fərqi var –     
       xoşbəxtsən,  
                      ya bədbəxt bu gün –
            içində bardaş qurduğun tək qal – 
                       sakitcə, kirimiş…
Görmək kimi hiss etmək,
Nəfəs almaq tək düşünmək gərək.
Ölümün gələndə
            xatırla ki,
                        gün də ölür beləcə, 
             necə gözəldir qürubonun ətəklərindən tutub gedən gecə də eləcə…
Dünya necə var,
            qoy eləcə də qalsın, 
                       bircə dənəm…
 razluka


1
sima yazıb:

tərcümə xətalarına baxmayaraq, şeirin özü çox gözəldir...

İyun 17, 2008 20:53

2
Şəbnəm yazıb:

Şer həqiqətən də gözəldir. DÜnyanı necə var elə də buraxmaq... Əslində heç kim dəyişə də bilməz. Qismət, tale... Kiminə xoşbəxtlik, kiminə bədbəxtlik üz verir bu dünyada. Sınaqdan keçirik bu yaşadığımız çətinliklərlə və gözəlliklərlə. Nəyinsə qədrini onu itirdikdən sonra bilirik. Bədbəxtlik üz verəndə "-məyər bir neçə vaxt bundan qabaq mən nə qədər xoşbəxt biriymişəm" deyirik. Amma, yenə də bədbəxtliyi saxlmaq istəmirik, necə axı?! Yenə də xoşbəxtliyi diləyirik. Dünyanı, taleyi dəyişə bilməsək də, onu Allahdan diləyirik.

İyun 21, 2008 17:48

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com