İyul 1, 2008 10:21
Əhməd Oğuz. Bir Anın Şeri. Vaqif Bayatlıya
Avtobusda gedəndə gördüm səni
Yol keçirdin kimsə yoxdu eynində
Bir kəpənək, bəlkə mələk-kim bilir
Qonmağa yer axtarırdı çiynində.
Azan səsi vardı, şəhər yoxuydu,
Solğun üzün solğunluqdan toxuydu.
Gümüşüdü plaşın, ya ağıydı? –
Dan yeri tək oturmuşdu əynində.
Yellənirdi ətəyin – sol gedirdi,
Bir cüt ayaq, bir cüt də qol gedirdi
Sən getmirdin – yol özü yol gedirdi
Allah bilir nə tutmuşdun beynində...

Sən getmirdin – yol özü yol gedirdi
Allah bilir nə tutmuşdun beynində...
Əla.. Çox mənalı bir şerdir, barmaqlarınıza sağllıq. Çox sağ olun ki, yerləşdirərək bizə də oxumaq şansı verdiniz.
İyul 1, 2008 15:35