İyul 6, 2008 17:19
Rəbiqənin şeirləri
****
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...

***
Bir dəfə gözünü ekrandan ayırıb
körpə qızının gözlərinə bax.
Nəsə deyir sənə o uşaq.
Bilirəm, gözlərdən oxumaq çətindi
amma elə indi
o gözlərə baxsan,
sənə xeyri olacaq -
bir də mənə dəli ismarışlar yazmayacaqsan...

Çox təşəkkür edirəm, Cavanşir müəllim... Deyəsən, axırda məni doğrudan da, şair kimi qəbul etməyə başlayacaqlar. Əlbəttə, bu xoşdu. Amma daxili balansı saxlamaq üçün istəyirəm ki, zəif şeirlərimə də münasibət bildirəsiz...
İyul 7, 2008 15:08