Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

Yanvar 31, 2008 11:38

  Olivye Rolən MAKEDONİO X.-İN XATİRƏSİ

Makedonio ilə son dəfə ölümündən bir neçə gün qabaq görüşmüşdüm. Xatirinizdədirsə, o  , Trani limanı yaxınlığında balaca bir mənzildə yaşayırdı, demək olar ki, kilsə qülləsinin altında. Dənizin işığı daşın üzərindən köpüklü süd kimi süzülürdü. Onun özü cismi hiss edilməyən, üfürsən göyə sovrulacaq bir varlığa çevrilmişdi. O, Amerika və İtaliyanın bir neçə elmi cəmiyyətləri arasında pərən-pərən düşmüş kitablarından ayrılmışdı. Mənə danışmışdı ki, özüylə bağlı qaçılmaz qəzavü-qədərdən xəbəri var və hər şey elə belə də olmalıymış. Mən etiraz etmək istəyəndə əlinin işarəsiylə sus dedi. Səksən səkkiz il keçəndən sonra məzuniyyətə çıxmaq məqamı yetişdi. Nə edəsən, nə deyib yaşayasan? Qəfildən ona əyan oldu ki, bu dünyada daha öyrənməli bir şey qalmayıb. Unutqan yaddaşda Makedonionu adam eləyən böyük erudisiya dalğalanırdı. Ancaq o, əslində heç zaman bizim tanıdığımız alim olmamışdı. Yəqin ki, onun gözəlliyinin, ailəsinin var-dövlətinin, bütün kəskinliyi ilə ifadə olunan temperamntinin gənclik illərində onu Avropanın kosmopolit mühitində çox məşhur bir fiqura çevirdiyindən xəbərsizsiniz.  Qəzetlər iki cahan savaşı arasındakı illərdə yalnız onun neapolitan sarayında zəngin adamlar üçün verdiyi ziyafətlərdən, bəzən bu salonlarda qopan qalmaqallardan yazırdı. Birdən-birə olsa-olsa renessans dövrünün şəninə yaraşan bu hadisələrin nə ilə qurtaracağı fikrini beynindən keçirməyə macal tapmamış bu adamı bədbəxtlik yaxaladı. Davamı...
Yanvar 31, 2008 11:35

  Rüstəm Kamal ƏLİ KƏRİM KULTU

FİLOLOQ (həm də yazan oxucudur) öyrəniləcək mətni «əks etdirir», böyüdür, çoxaldır…Mətn özlüyündə assimetrik hadisədir. Ağ səhifə-tabula rasa - müəllif müdaxiləsi ilə pozulan mütləq assimetrik durumda olur. Və Filoloq həmişə simmetriyanın bərpasına çalışır. İlkin mətnin filoloji mətnlə üst-üstə düşməməsi filoloq üçün müşkül məsələyə çevrilir.(Məhz X.L.Borxesin «Pyer Menar, «Don Kixot» müəllifi» adlı hekayəsində mütləq identiklik haqqında söhbət açılır. Bir filoloq «Don Kixot»un ilkin mətninin mütləq eyniliyinə nail olmaq istəyir. Üst-üstə düşməyən, ümumi mənzərəyə assimetriya gətirən yeganə şey elə Borxesin hekayəsidir ki, Servantesin «Don Kixot»uyla filoloqun «Don Kixot»u arasında sezura (qalın güzgü kimi) rolunda çıxış edir). Davamı...
Yanvar 31, 2008 11:33

  Sözün Əkrəm Əylislisi

Əkrəm Əylisli haqqında söz demək, həm keçən əsrin əllinci illərindən üzü bəri ədəbi prosesdə ictimai düşüncədə baş vermiş proseslərə dalmaq, onları bir daha incələməkdir. Bu məqamda iki son dərəcə qabarıq cəhəti ayırmaq lazım gəlir: - müəyyən halları çıxmaq şərti ilə bu adam ədəbi prosesin içindəcə etalon – zövq, səriştə, bədii duyum meyarı kimi ucalıb, Əkrəm Əylislinin nəşr etdiyi, baş redaktoru olduğu jurnalda çap edilmək az qala ədəbi həyata və ümumən ədəbiyyata vəsiqə almaq mənasında işlənib. Əkrəm Əylisliyə fərqli baxan adamların yəqin ki, əksəriyyəti bu mülahizəni inkar etməz. Dünyanın bu vaxtında heç kəsin çap probleminin olmaması – təbiidir, bəlkə də yaxşıdır, hər halda günümüzün, böyük bir ədəbi hərəkatın təbii xassəsidir, ancaq zövqün, meyar və etalonun qəhətliyi – artıq ciddi problemdir, bu artıq diktatla da düzələsi, yoluna qoyulası iş deyildir. Elə bil böyük bir uğultunun içindəyik, ağız deyəni qulaq eşitmir, yəni yazan adamlar nə yazdıqlarının, oxuyanlar nə oxuduqlarının fərqində deyillər, çünki FƏRQ yoxdur, o mənada ki, yazmaq sadəcə hərfləri və kəlmələri yan-yana düzüb qoşmaqdan başqa bir şey deyildir, indi ən çox təbliğ edilən, az qala dünyanın hər yerində çap edilən nəsr kitablarının başqa kitablardan, dünyanın yaddaşına həkk edilən mətnlərdən heç bir fərqi yoxdu, çünki bu yazılan şeylərin əsaslandığı bir bədii sistem yoxdu... Aşıq Ələsgərin «Ustadnaməsi» yoxdu...

Ekrem

Davamı...
Yanvar 31, 2008 11:31

  Bədii mətndə poetik düşüncənin ritmi

      Ritm bədii mətndə hərəkətin xüsusi təşkil formasıdır. Hərəkət, təşkil olunmadan, necə gəldi, xaotik şəkildə «axa» bilməz. Bədii şüurun və təfəkkürün mətndə əyaniləşən bütün komponentləri bədii mətn çərçivəsində özünəməxsus təşkil prinsiplərinə tabe olmalıdır. Bu komponentlər, o cümlədən bədii zaman, kənardan əsərin içinə dolmur, məhz bədii mətn çərçivəsində «doğulur», həyat əlaməti qazanır. Bədii zaman həmişə real, ancaq qeyri-xətti zamanın dəyişdirilməsidir, bu da bədii obrazın spesifikası və müəllif konsepsiyası (ideyası) ilə, əsərin predmet qatını təşkil edən yaradıcı sintez  keyfiyyətinə malik olan subyektiv və obyektiv başlanğıcı, nitqi və kompozisiyanı bir tam kimi izah edir. Buradan belə nəticə hasil olur ki, bədii mətndə, həm də bədii təfəkkürün bətnində həmişə arısıkəsilməz dəyişmə, transformasiya prosesi baş verir, ancaq əsəri mütaliə edərkən biz bu «burulğanı» deyil, bədii-poetik nitqin müəyyən qanunlara tabe olan sırasını, düzümünü, başqa sözlə desək, təhkiyəni «görürük».

 ritm

Davamı...
Yanvar 31, 2008 11:18

  Filip Sollers. Hər Bir Erotik Arzu elə...ədəbiyyatdır

1 - Görmək gözün görmə bucağıyla yox, varlığın bətnindəki işıqla müəyyənləşir.

2 - Cəmiyyət və zahiri görünüş getdikcə eyni bir şeyə çevrilməyə meyllənir.

3 – Oxudan zaman geçdikcə imtina edilməsi erotizmin formalaşmasından imtinadan başqa bir şey deyildir.

4 – Ölümün təşrif gətirməsi məhəbbətin sinəsindəki ürəyin nəbzinin pozulmasıdır.5 – Bədən ruhun başını qatmaq üçündür.

Davamı...
Yanvar 31, 2008 11:16

  DOST ÖLMƏYƏ…

   Bəzən Tanrı insana elə bir güc, elə bir təpər, enerji verir ki, onu daşımaq, ifadə etmək, «xərcləmək» bir yana qalsın, xain, paxıl gözlərdən yayınıb bu halal qismətlə baş-başa yaşamağın özü məşəqqətə çevrilir. Səyavuş Sərxanlı Tanrının böyük talant və tükənməz məhəbbət enerjisi bəxş etdiyi adamlardan biriydi; onun dünyaya gəlməsiylə köçməsinin arasında dərin fikrə gedən illər dürna qatarı kimi əcəl tüfəngiylə atılan qızıl gülləyə tuş gəlib, onun bu dünyada yaşadığı ömür, həyat neçə gündür ki, başqalaşıb, tanrının dəfətərinə yazılıb, heç zaman solmayacaq bir rəng kimi «aşkarlanmaqdadır». Bu dünyadakı rənglər bəlkə də Kosmosdan süzülən rənglərin, Tanrının onu adıyla səsləyən, çağıran səsinin rənginin çox zəif kölgəsidir.

 seyavush

Davamı...
Yanvar 31, 2008 11:13

  KÖHNƏ DƏRDLƏR BAR VERƏCƏK...BU, ŞAHMARIN BAYATISIDIR Esse

Bir az gec,
Bir az tez
Bütün güllərə xal düşəcək,
Ölünün büküldüyü kəfən
İçindəki sirdən yırtılacaq,
Göydən baxan mat qalacaq...
 Sonra nə olacaq? Kim bilir?

Davamı...
Yanvar 31, 2008 11:11

  DİL DAVASI

    Həmişə ədəbiyyatın, xüsusən poeziyanın mahiyyəti haqqında düşünəndə yadıma Umberto Ekonun gülüş haqqında çox maraqlı tədqiqatından bu sətirlər düşür: «Bəlkə də insanı sevənlərin missiyası onları həqiqətə güldürməkdir, gülüşü həqiqətə çevirməkdir, çünki yeganə həqiqət, insanlar üçün həqiqətə qarşısıalınmaz ehtirasdan xilas olmağın yollarını öyrənməkdən ibarətdir». Bəli, hamıdan və hər şeydən çox həqiqətin müdafiə olunmağa ehtiyacı var. Hamının, hər şeyin həqiqətə ehtiyacı olduğu bir məqamda. İctimai inkişafın bəzən elə məqamı yetişir ki, adamın insanların axtardığı həqiqətə ağlamağı tutur. Belə demək olarmı ki, insan asanlıqla hər şəklə düşə bilən materiyadan yoğrulub, hər şəklə düşən materiyanın hərəkəti elə həssaslıqla hiss edilir ki, sürət bir az da artsa, düşünürsən ki, bu varlığı çərçivəsində saxlayan xəttlər pozulacaq, hər formaya və şəklə düşən varlıq istədiyi anda uçub gedəcək, yerinə qayıdacaq, ancaq…bu səyyar hərəkətin gerçəkləşməsinin qabağını alan bir qüvvə də mövcuddur – ölümlə həyat arasında, yuxuyla reallıq arasında, bu dünyayla o dünyanın sərhəddində, bətnində yaşadığımız gerçəkliyin «yuxu» sərhəddində – bura ƏDƏBİYYAT məmləkətinin ayaq dəyəməyən, iz, ləpir düşməyən torpaqlarıdır…

 lunnoe

Davamı...
Yanvar 31, 2008 11:10

  İLĞIMLAR DALINCA

Doğurdan da bu qədər sürətlə (azğınlıqla!) çap edilən yazıları görər – görməz, oxuyar – oxumaz adama elə gəlirki, çevrəmizdəki ədəbiyyat yox, ilğımdır, səni dalınca çəkib aparmaq istəsə də, ya getməyə həvəsin olmur, ya da hənirindən onun surroqat olduğunu bilmərrə anlayırsan. Bu sürətli və sürəkli hadisələrin hansı məntiqə doğru meylləndiyi onsuz da aydındır: istiqamət ona doğrudur ki, azadlığa buraxılan zaman  və məkan bir müddət, necə deyərlər öz havasına oynayandan sonra bir çevrə ətrafında durub – dayanacaq, uzun çabalardan sonra hamının gözünün qabağında boyaboy durub – dayanan etalon kimlərçünsə birdəfəlik dağılacaq. İndi isə...daim irəliyə.İlğımların axtarışsız axtarışların dalınca qoşaq!İlğım dedikdə təsəvvürə ilkin səhralıq gəlir – zamanı və məkanı qum kimi göyə sovrulan bir məmləkət ki, orda baxdığın hər şeydə sənə tanış olan nişanə, əlamət, lap azacıq da olsa oxşarlıq cizgilərini tapa bilmirsən.Tapa bilmədiyin üçün də beynin qarışır, müqayisəyə yer qalmır, bir – birinin dalınca şütüyən fikirlərin dibsiz uçuruma yuvarlanır... Davamı...
Yanvar 29, 2008 11:12

  ÇƏTİN KEÇİLƏN YOLLAR

Bu gün Kəramətin əlli yaşının qeyd edilməsi, mənə elə gəlir ki, məhz onun özünün ilk növbədə özü və oxucuları qarşısında hesabatıdır.  Əslində bu hesabat məsuliyyətli adam tərəfindən əlli, yaxud yetmiş ildə bir dəfə deyil ömrünün hər bir anında yazılır və verilir.  Çıxışıma bu sözlərlə ona görə başladım ki, mən Kəraməti sizin kimi uzun illərdir tanıyıram, onun ədəbi taleyini izləyənlərdən biri kimi, sözə və yazıya nə qədər məsuliyyətlə yanaşdığını bilirəm. Açığı, auditoriya qarşısında belə bir insanın sadaladığım və sadalamadığım məziyyətlərindən söz açmağın özü də asan məsələ deyildir. Hər şeydə əvvəl ona görə ki, bu sinfə və kateqoriyaya daxil olan şairləri bu mərtəbəyə məhz özü haqqında tərifdən, yazıdan qçması gətirib çıxarmışdır. Və indiki zamanda, bəlkə elə bütün zamanlarda özünə sıxılıb, ətrafda baş alıb gedən reklam roliklərin, ucuz tərfilərin burulğanında sayılmayan, yada düşməyən bir insan haqqında daqışmaq müşkül məsələdir. Davamı...


Yazılar cəmi: 16    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com