Fevral 12, 2008 16:39
Dillə ölüm arasındakı intiriqa sehr gətirir, sehrləyir. Biz onu hiss edirik, yaşayırıq, onu verilmiş, əsas bir şey kimi qavrayırıq. Bu gün epitafiya poetikasına maraq təsadüfi deyildir: dildə yuva qurmuş, canlı şeylər doğuran eyni zamanda dəhşətli və həyəcanlandırıcı bir hadisədir. Ölüm dilin arxasında gizlənir və onunla birlikdə təşrif gətirir. Böyük və kiçik ölümlərin gah cilvələndiyi, gah da mənalı şəkildə donub qaldığı mətnlərdən keçə-keçə biz də sözün əsl mənasında hər dəfə və gerçəkdən ölmürükmü? Lenski (Puşkin) və İvan İliçlə (Tolstoy), Miranda (Faulz) və Patla (Remark) birlikdə. Müəllifin özü isə varlığın lap dibinə enərək Tanatosun gözlərinin içinə baxmırmı?

Davamı...
Fevral 5, 2008 17:46
"Mən artıq kitablarla görünmək niyyətindəyəm". Bu fikri Cavanşir Yusifli tənqidlə bağlı yazılarının birində qeyd etmiş, yaradıcılığını bu istiqamətdə köklədiyini bildirmişdi. O vaxtdan etibarən tənqidçinin bir-birinin ardınca çıxan kitabları verdiyi vədi doğrultmasıdır, iş, əməl göstəricisidir. Müəllifin ötən il cap olunan "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" və "Sabir Rüstəmxanlı: yaddaşın poetikası" kitabları isə daha önəmli cəhətinə görə - yeni düşüncə sisteminin ifadəçisi ,daşıyıcısı olmaq baxımından diqqətəlayiqdir.
Davamı...
Fevral 5, 2008 14:42
Böyük Azərbaycan şairi Əli Kərim haqqında bir çox məqalələr yazmışam, poeziyadan bəhs edən yazılarımda, demək olar ki, bütün məqalələrdə bu və ya digər münasibətlə Əli Kərim yaradıcılığına müraciət etmişəm. Əksər hallarda ölçü və etalon kimi. Bu söz təsadüfən işlənməmişdir. Əli Kərim o şairlərdəndir ki, yazı prosesində illər boyu içində yaratdığı ƏDƏBİYYAT ETALONUNA güvənərək yazırdı, belə deyək, yazılmaq üçün axışıb gələn yazıların qarşısını ala bilirdi, qeyd edək ki, YAZI PROSESİNDƏ bu çox əhəmiyyətli və çox az yaradıcı adama nəsib olan faktorlardandır. Əli Kərim yazıları içində və arxivində saxlaya bilirdi.
Davamı...
Fevral 2, 2008 18:22
Bu gün, 1937-ci ilin ilk gecəsi, İspaniya üçün «dəhşətli il» kimi yadda qalan köhnə illə sağollaşarkən mənə «La Nasyon»un Paris bölməsindən telefon açdılar, dedilər ki, Unamuno ölüb. Onun ölümünün səbəbi barədə tibbi rəydə nə yazıldığını bilmirəm, ancaq necə olmasa da əminəm ki: onun bağrının başında «İspaniya ağrıyırdı» və onu öldürən də elə bu ağrıydı. Oxucu mənim sözlərimi gəlişigözəlliyin ayağına yazırsa, yazsın, haqqı var. Mən onunla ən müxtəlif səbəblərə görə mübahisə edə bilmərəm, həm də ona görə ki, illər ötsə də üstündən sükutla keçdiyim bir çox mətləblər barədə indiyə qədər danışa bilərdim. Ancaq oxucunun rəyinə rəğmən, mənim yuxarıdakı sözlərim doğrudan da boğazdan yuxarı deyilməyib, bu, olsa-olsa konkret vəziyyətin bəlirtisidir. İki həftə qabaq hollandiyalı tərcüməçim, sentyabr və ya oktyabrda Salamankedə olan doktor Brouver yanıma gəlmişdi. O, Unamuno ilə aralarındakı söhbəti mənə qasaca nağılladı

Davamı...