“DOLU” romanı və nəsrimizin problemləri
“Dolu” romanı bu günün Azərbaycan nəsrinin spesifik problemlərini çözmək baxımından maraqlıdır. Aqil Abbas çoxdandı susmuşdu və düzünü deyim: arxada buraxdığı əsərlərinə görə bu sükutu pozmağa bəlkə də (mənbiləni) dəyməzdi. Ancaq adı çəkilən roman dərc edildi, reaksiya doğurdu (baxmayaraq ki, biz bu reaksiyaları bir elə ciddi hesab etmirik) və Aqil Abbas bir nasir kimi yenidən doğuldu. Mövzu – Qarabağ müharibəsi romanı diqqətlə oxumağı tələb edir və bu həm oxucu, həm də müəllifin üzərinə böyük məsuliyyət qoyur. O mənada ki, artıq bu mövzuda bir neçə zəif nəsr əsəri meydana çıxmışdır, biz müasir dövrün fəlakətlərinin bədii həllini araşdırmaq marağındayıq. Aqil şübhəsiz ki, istedadlı adamdır, nasir kimi (bu romanıyla) müşahidə qabiliyyətinin itiliyinə, süjet məkanında baş verən hadisələr arasında özünəməxsus fəhm və ustalıqla bağlar yarada bilən, adicə detalı canlı, diri əhvalat şəbəkəsinə qoşan, bir sözlə, sözünün canı olan qələm sahibidir.
Davamı...