Aprel 30, 2008 19:04
Məmməd Oruc bizim nəsrdə ən düzgün cümlə quruluşu olan yazıçılardandır. Bu, onun bir nasir kimi dilinin «arxa planının» çox işlək və son dərəcə (iynə üstündə oturubmuş kimi) ayıq olmasındadır. Dilin arxa planı təsvir boyu, hadisələrin vahid süjet planı üzrə inkişafı zamanı təsvirin arxasında (pərdə arxasında) müəyyən dil epizodlarının yığılması hesabına yaranır. Yəni burada zamanın təsvirnndə yol verilən «şüuraltı dil müdaxiləsindən» söhbət gedə bilər, təbii dilin arxasında dayanan «ikinci dil» danışan əhvalatı başqa istiqamətə yönəldir, bütün əsas əhvalatlara, təsvir momentlərinə alternativ strukturlar yaradır, bu əhvalat və ünsürlərin mənalanmasından çox, onların dəyişkən zaman içində dərkinə şərait yaradır. «İtmiş hekayənin bitmiş variantı» hekayəsirndə olduğu kimi.

Davamı...
Aprel 29, 2008 10:08
Məşhur şərqşünas, türkoloq, akademik Lui Bazən 29 dekabr 1920-ci ildə Normandiyada, Kalvados fransız departamentində, Kanda (bu ölkənin mərkəzi) müəllim ailəsində anadan olmuşdur. O, ibtidai və orta təhsilini bu şəhərdə, Malerb Liseyində almış, sonrakı təhsilini isə Parisdə məşhur Anri 4 Liseyinin hazırlıq siniflərində davam etdirmişdir. 1945-ci ildə bu ixtisas üzrə diplom aldıqdan sonra elə həmin il Ankaradakı Xarici İşlər Nazirliyində mədəni əlaqələr şöbəsinə göndərlir və 1948-ci ilə qədər orada yaşayır. O, burada türk dilini, ədəbiyyatını, incəsənətini və mədəniyyətini dərindən öyrənir və türk ziyalı cəmiyyətlərinə gedərək çoxlu sadiq dostlar tapır. Onun dilçilik sahəsində formalaşması türkçülük dairəsində marağını genişləndirir və xüsusən mənşəcə sıx qohum olan dil qruplarının tarixi inkişafını öyrənir. Lui Bazən oğuz dil qrupunun tarixi, habelə Monqol Türklərinin daş üzərindəki əlyazmaları ilə maraqlanmağa başlayır. Onun bütün axtarışları türk dillərinin inkişaf səviyyəsini əks etdirən abidələri kompleks təjqiqata cəlb etmək istiqamətində olmuşdur. O, Türkiyədə yaşadığı ilk gündən qədim oğuzların epos xarakterli adətini yüksək səviyyədə yaşadan «Kitabi-Dədə Qorqud» ilə yaxından maraqlanırdı. Nəhayət 1998-ci ildə türkoloq Altan Gögalpla birlikdə Dədə Qorqud dastanlarını Məhəmməd Erginin nəşri əsasında fransız dilinə tərcümə edərək çap etdirir. 1948-ci ildə Parisə qayıtdıqda o, bir il müddətinə Parisdəki Milli Elmi Axtarış Mərkəzinə elmi tədqiqat ataşesi vəzifəsinə təyin olunur. Sonra 1949-cu ildən təqaüdə çıxana qədər, yəni 1990-cı ilə kimi müəllim işlədiyi Paris Şərq Dilləri məktəbinə Türk dili müəllimi vəzifəsinə təyin edilir, 1950-ci ildən isə o, Sarbon Praktik Ali Təhsil məktəbində Türk tarixi və filalogiyası şöbəsinin müdiri işləyir. 1993-cü ildə o, Fransa Əlyazmaları və Bədii Yazılar Akademiyasının üzvü seçilir. 1981-ci ildən o, Palma Akademiyası və 1989-cu ildə Legion Hərbi Şöhrət ordeni ilə təltif olunur. Zəngin yaradıcılıq diapazonuna malik olan Lui Bazən 1948-ci ildən etibarən türkologiyanın bütün sahələrini əhatə edən, əsas mövzulara aid 70-dən artıq məqalə çap etdirmişdir: Türk dilinin ilk tarixi; qrammatika, etimologiya, türklərin dilçilik etnoqrafiyası; qədim türk epiqrafiyası; qədim türklərin təqvimləri və xronologiya sistemləri; epiqrafiya; dinlərin tarixi. Onun ən əhəmiyyətli əsərləri bunlardır: Mirzə Fətəli Axundov: komediyaları (giriş və qeydlərlə Azərbaycan dilindən fransız dilinə tərcümə); Türk dilinin praktik öyrənməyə giriş (qrammatika); Qədim Türk dünyasında xronoloji sistemlər (dövlət tezisi), faktlarla birgə nəşri; Türklər: sözlər, insanlar (48 məqalədən ibarət məcmuə) və Er-Toştürk (Kirqizlərin Manas dövrü epopeyası); tərcümə və qeydlər; Maktumkuli Firaki: Türkmən poemaları; Lui Bazən Türk danışıq dil qrupları içərisində Mərkəzi Asiyadan VIII-XI əsrlər arasında gəlmiş döyüşkən köçəri Oğuz dilləri ilə çox maraqlanmışdır.

Davamı...
Aprel 27, 2008 10:20
Bitib-tükənməyən bir dünya, həyatın, taleyin yeni qatı ölçüyə gəlməzlik hissini aşılayan «yöndəmsiz» obrazlarla (…çayları, çölləri tutsan boyuna, ayları, illəri tutsan boyuna…) verilir. Ömür bir qatdan başqa bir ölçüyə keçir, təbiət, ekologiya, atmosfer dəyişir və bu batini dəyişiklik yüz ölçüb-bir biçilmiş ifadələrlə görsədilir, elə konturlar daxilində, elə dəqiq işarələrin köməyi ilə verilir ki, gördüyün mənzərəni tamamlamaq istəyirsən, onu öz cümlələrinlə, öz sözlərinlə yazmaq, nağıl etmək istəsən də, yenə də şairin sözləri, şairin ifadə vasitələrindən qaça bilmirsən.

Davamı...
Aprel 26, 2008 23:34
“... səni də düşəsən mən düşən günə, Görüm göyün olsun, quşun olmasın....”
Yaşamaq – yanmaqdı, deyirlər,Çırpı kimi yanmaq;Islağını sən tap gətir,Qurusu mənim boynuma.

Davamı...
Aprel 22, 2008 23:06
"Yazıçının öhdəsində üç yaradıcı mənbə mövcuddur: müşahidə, tərkibinə mütaliə dairəsi də daxil olan şəxsi təcrübə və təxəyyül. Bu axırıncı elementin necə meydana çıxması heç kəsə məlum deyildir. Başqa sözlə desək, bu, üç çəni olan su təchizatı sisteminə bənzəyir: kranı açırsan və suyun hansı çəndən gəlməyini kəsdirə bilmirsən. Yaradıcılıqda da belədir. Nəyin haradan gəldiyini demək çətindir: bunu ya sən uydurmusan, ya da haradasa görmüş, yaxud eşitmisən. Ancaq bir şey mütləq dərəcədə aydındır: ədəbiyyat məhz bədii uydurma olduğuna görə, bədii ədəbiyyat adlanır.

Davamı...
Aprel 22, 2008 22:45
Azərbaycan ədəbi mühitində, necə deyərlər, qeyri-rəsmi, heç bir möhkəm statusu olmayan şəxslərin, onların haçansa bu və ya digər münasibətlə dedikləri sözün təsir dairəsi nədənsə geniş olur və üstündən illər keçəndən sonra onlar haqqında qəribə mif yaranıb-formalaşır. Əksinə, normal yaradıcılıq yolu keçən, ortaya cild-cild əsərlər qoyan, hər əsəri haqqında az qala özü boyda əsərlər yaradılan ədiblər, zaman keçdikcə «əsərsiz qalır», mənasızlaşır, yazdıqları bir-birinin, özü də yazdıqlarının təkrarına çevrilir.

Davamı...
Aprel 22, 2008 22:22
Ənənəvi tənqidin öz lüğəti var. O, tam qətiyyətlə ədəbiyyat haqqında sistemli mühakimələr yürütməkdən yaxasını kənara çəksə də (əksinə, o, həmişə yalnız «sağlam niyyət», qəlb… və s. kimi «təbii» kriteriyalara əsaslanmaqla belə bir fon yaradır ki, guya əsərlər barədə tam sərbəst şəkildə fikirlər yürüdür…), təqdim olunan tənqidi məqalələrə kifayət qədər diqqətlə nəzər yetirdikdə dərhal aydın olur ki, oradakı açar rolu oynayan söz və anlayışların məcmusu müəyyən bir sistemin varlığından xəbər verir.

Davamı...
Aprel 19, 2008 23:25
Söhbət, əlbəttə ki, Kafkanın “Qəsr” romanından getmir, söhbət sadəcə, qəsrdən – insanın illər boyu, başqalarından qorunmaq məqsədiylə daşı daş üstə qoyub ucaltdığı qəsrdən gedir. Kimisi onu boyundan yuxarı qaldıran kimi işini bitmiş hesab edir, qəsrin içində yerə çöküb gözlərini o qəsrdən görünən bir parça səmaya, o bir parça göy üzündə qızılı düymələrə bənzəyən ulduzlara dikir. O qədər baxır ki... bütün dünya kiçilib, balacalaşıb bu qəsrun içində qərar tutur.

Davamı...
Aprel 19, 2008 10:44
«Nasyon» qəzetinin hörmətli redaktoru! Nəsə qeyri-adi bir şeyi görüb-görməyəcəyimi təkcə Allahın bildiyi bir zamanda günün tutulmasına tamaşa etmək üçün Plasesiyaya yola düşməyə bilərdimmi? Bu, hər kəsə ömründə bəlkə də bircə dəfə nəsib olan bir şey olduğundan biz – əksəriyyəti keşişlərdən ibarət olan yüzlərlə insan mayın 28-də Salamankidən yola düşdük.Plasensiyada Berrokalilo dağlarına qalxmadım (niyə qalxmalıydım ki…) – Madrid rəsədxanasının işçiləri və bir neçə ingilis elmi ekspedisiyasının tətdqiqatçıları burada öz aparatlarını quraşdırmışdılar. Bu dəm hamı uzaq-uzaqlardan təşrif gətirib bizim yerlərdə günün tutulmasını qeydə alacaq alimlərdən danışırdı, özü də alim sözünü bilsəniz necə pafosla tələffüz edirdiər. Hələ bu harasıdır: axı alim – qədim astroloqun, çertyojçu və kimyagərin sələfi sayılır – o, demək olar bütün dövrlərdə insanı öldürən laqeydliyə rəğmən hamımızı baş əyməyə məcbur edən, kəşflər doğuran başı dərin-dərin mətləblərlə dolu qeyri-adi varlıq kimi təsəvvür edilirdi. Bir az qəlyanaltıdan sonra boğucu bürküyə baxmayaraq günün tutulmasını bayram etməyə getdik. Səma bundan da gözəl ola bilməzdi: bulud yox idi, göy üzü şəfəq nuruna bürünmüşdü.

Davamı...
Aprel 18, 2008 0:51
Varlığına, var olmasına inanmadığım
ideyalara qarşı döyüşürəm
Antuan Veşter
Müasir arxitektura yerdəyişmələrəi sürətləndirən vektora bənzəyir. Ancaq bu son dərəcə aydın fakt əsl həqiqətdə iki əks mövqeni əks etdirir. Müasir rəssamın və ya heykəltəraşın əsərlərinin sərgiləndiyi yerdən təsadüfən keçən ortabab avropalı hökmən bu əsərlərin qarşısına gəlib çıxmalıdır – ən azı pıqqıldayıb gülmək üçün. Gördüyü şeylə münasibətdə tutduğu mövqe ironiyalı gülüşlə açıqca rişxənd arasında qalacaq, ancaq istənilən halda o, gördüyü şeyə gülməyə, onu dolamağa meyllənəcək; bu əsərlərin içindən boylanan cəfəngiyat onun üçün bunların xətərsizliyinə bir növ zəmanət olacaqdır; əlbəttə, bu, hardasa onun vaxtının itməsinə səbəb olsa da, əslində bir elə narahatçılıq törətməyəcəkdir.

Davamı...