May 31, 2008 16:16
Şekspirin “Hamlet”ində belə bir yer var: ...indi cavan həyasızların vaxtı gəldi!... “Proloq” qəzetində çap edilmiş “Azərbaycan ədəbiyyatında nə baş verir?” məqaləsi rezonans doğurdu. Qanturalının növbəti saydakı yazısına fikir verin. Bu yazını və bu sütül oğlanın şəklini görən kimi yadıma Şekspirin sözləri düşdü.
Qanturalı kimin əsgəridir? Özü bilir... Məncə, ondan məhz ƏSGƏR çıxmaz! Əsgər başqa, fərqli anlayışdır!
Uzatmayaq... Adı çəkilən yazıda Rasim Qaracanın “yaradıcılığından” bəhs edərkən Qanturalıya da bəri başdan cavab vermişəm. Əlavə şərhə ehtiyac yoxdur məncə. Tahir müəllim demişkən: bu da onun içindəydi...
May 31, 2008 14:27
İllər uzunu mən bu sual ətrafında düşünmüşəm. Sualın müəyyən cavabı və təfərrüatları özümə bəlli olsa da, onları tam şəkildə üzə çıxarmağa sadəcə ərinmişəm, prosesi izləmək “xəstəliyi” üstün gəldiyindən susmağı üstün saymışam. Ancaq prosesə dalmağın özü də bir xəstəlikdir və əslində uzun illərin düşüncələrindən bu hasil olub ki, mən dəhşətli bir xəstəlik haqqında yazırmışam. İndi o yazı hazırdır və onu sizə üstündə düşünə-düşünə, işləyə-işləyə təqdim edirəm. Müəyyən ixtisarlarla…
“Xəstəliyin” ilk üzdə olan bəlirtisi budur ki, ədəbiyyat sahəsinin maqnit gücü fantastik dərəsədə artıb: el arasında deyildiyi kimi, burada bir qara qəpik olmasa da hamı maqnit sahəsinə can atırmış kimi qaçışa hazırlıq vəziyyətindədir: indicə hakimin fiti çalınacaq və hərə qucağında bir dəstə kitab ləngər vura-vura dünya şöhrətli kulturoloq Aydın Xanın kitab bayramının finalında yandırılan məşələ doğru qaçacaq. Bu, əlbəttə bir zarafatdır və ən ağlamalı şeylərin də əvvəli Mirzə Cəlil demişkən, çox gülməli olur. Maqnit sahəsi bu adamları itələdikcə onlar əl-ələ tutaraq, kürək-kürəyə dayanaraq o burulğanın tən ortasına doğru yüyürürlər. Bu adamlara elə gəlir ki, onları özünə çəkən böyük bir qüvvədir və bu fürsəti itirsələr məmləkət yasa batacaq. Ancaq fərqində deyillər ki, bu qüvvə onları çəkmir, əksinə, itələyir, yəni, bala, get, işinlə, gücünlə məşğul ol. Yox, deyir, ölsəm torpağınam, qalsam, səninəm… Və beləcə, zəngin neft ölkəsinin kasıb ədəbiyyatı özünə və dünyaya meydan oxuyur (Xahiş edirəm, səbrinizi basın, söhbət yalanı həqiqət adına sırımaqdan gedir…). Real vəziyyət isə tamam başqa şəkildə və düzümdədir. Məsələn, belə bir “komiksə” diqqət yetirin: dünyanım heç bir ölkəsində hətta səfeh adam belə postmodernizmdən bu qabalıqla və belə şiddətli nadanlıqla danışmaz.
Davamı...
May 30, 2008 17:31
Hərdən fikirləşirsən ki, yatıb-yatıb birdən oyanmaq nə adətdir, görəsən bu adətin əsiri olub haraya qədər gedib çıxmaq olar? Sual absurddur, cavabı yoxdur, cavabı... gündəlik seyr etdiyimiz hadisələr, başımızın səbəbsiz yerə çatdaması və birdən sakitləşməsi, sonra yenə nəyisə yada salıb zülüm-zülüm ağrıması... və sair və ilaxır nəsnələrdir. Deyəsən, dünya yer-yerdən sökülür, dağılır və ən anlaşılmaz (bəlkə də spesifik) olanı budur ki, dünya hardasa gülləylə «deşik-deşik» edilir, hardasa tufan, sel, qasırğa və zəlzələ, yer sürüşməsi (...ayağım altından yer qaçır, başımın üstündən fəlakət uçur...) şəklində qopur, çat verir, hardasa söyüşlə, qarğışla, nifrinlə... Yazı, mətn qəribə magiyaya malikdir, bəlkə bu söz heç yerinə düşmür, elə hadisələr baş verir ki, geriyə nəzər salsan, onları müxtəlif mətnlərin içində «yatmış» görərsən. Bədii mətn bu mənada bəlkə də «yuxu» kimi bir şeydir, yəni, yuxu da, mətn də özündə dünyanın əvvəli ilə axırını (aqibətini) birləşdirir, hadisə baş verdikdən sonra «reallıq» və magjiya pərdəsi açılır, bu dəm mətn də Borxesin «Qorxulu yuxularındakı» aşkarlayıcı-perqament kimi meydana çıxır, zühur edir. Necə ki, «Kitabi-Dədə Qorqudun» ilk cümləsi «qopdu» sözü ilə bitir. «Qopdu» ilahi mənşəyə işarədir, burada dünya hələ «qopmur», başlayır, ancaq diqqətlə nəzər yertirdikdə hər iki «qopmağın» arasında bir elə prinsipial fərq görünmür.

Davamı...
May 30, 2008 17:09
Qəzetlər, jurnallar, səhifələr, kitablar çoxaldıqca .... deyəsən, məzmun itir. Əlahəzrət məzmun. Mən bir nəfər tanıyıram, yumruqlarını stola düyüb, çiyinlərini qaldıraraq deyir: şübhəsiz ki, filankəs böyük şairdir. Baxırsan, gülməyin tutur, fikirləşirsən ki, əgər doğrudan da belədirsə, onun sənə heç bir ehtiyacı yoxdu, a qağa... Məzmun itir, qeybə çəkilir. Hamı bir səhifəlik yer tutub, şəklin harda olması, başın, eynəyin, qəlyanın... hansı vəziyyətdə olması... da önəmli məsələlərdəndir. Hamı içində nə olduğunu bilir və hamı da içindəki yalanı yəirə-əyirə gedir. Gün axşam oldu. Dünən bu şəkillərdən, daha doğrusu yazılardan birinə baxdım.

Davamı...
May 30, 2008 12:58
- Özünün istədiyin var?
Oğlan gözləmədiyi sualdan diksindi. Onsuz da bayaqdan özündə deyildi. Sakitcə oturub gözlərini parkın o başındakı çinar ağacına zilləsə də, narahatlığı üzünə çökmüşdü. Qızın sualından utandı, başını aşağı saldı. Heç nə demədi. Qıza da elə bu lazım idi. Kişilər haqqında düşündüyü və düşünmədiyi hər şeyi döşədi ilk dəfə gördüyü bu oğlanın qabırğasına. Oğlan deyəndə ki...35 yaşı vardı, yaşıd idilər... Ürəyini boşaldandan sonra hirsi soyudu. Oğlanın səsi də çıxmadı. Ona yazığı gəldi qızın.
- Sən heç bir qızı müdafiə edə bilmirsən, səndən ər olar adama?
- Olmaz?

Davamı...
May 29, 2008 12:26
«Studio» romanı axan zamanın romanıdır, bizim dövran barədə yazılan ən gözəl romanlardan biridir. Eyni zamanda bu, Filip Sollersin də ən gözəl əsəridir.
Filip Sollers Bordoda doğulub. İlk romanı – «Bir maraqlı tənhalıq» 1958-ci ildə nəşr edilib. Bu münasibətlə o, XX əsrin iki azman sənətçisinin xeyir-duasını alıb: Moriak və Araqon. Sonralar yazdığı «Park» romanı ona «Medicis» ödülünü qazandırıb. Filip Sollers həm də böyük naşirdir. Belə ki, o, 1960-cı ildə məşhur «Tel Quel» məcmuəsinin əsasını qoyur. 1983-cü ildən etibarən isə o, «L’infini» adlı dərginin nəşrinə başlayır.
Davamı...
May 26, 2008 15:56
Bəli, dəxli oldu-olmadı, cəfakeş Nərimanımızın 50 yaşı tamam olur. Bu 50 yaş Nərimanın cəfakeşliyi müqabilində dəhşətli dərəcədə çox görünür. Nəriman, doğrudan da ürəyi yanandır, özünə yox, başqalarına gün ağlayan, onların ən xırda işlərini belə könüldən gələn şövqlə görən bir insandır. Nərimanın son dərəcə orijinal danışığında heç kəsin işlətmədiyi, işlətsə də Nərimanın vurğusu ilə deyə bilmədiyi sözlər, hecalar, hərflər mövcuddur. Bu qaydada Nəriman adama elə gəlir ki, bir az da qabağa getsəydi ayrıca bir dil də yarada bilərdi.

Davamı...
May 22, 2008 10:55
sənə qədər bilmirdim
belə də ola bilər -
hissə-hissə yaşana bilər məhəbbət.
məsələn,
yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi,
pencək əlləri çağırar.
mən bilmirdim
insanlardan daha çox aradakı
məsafə çığırar, ağrıyar çıxılmazlığa.
Bilmirdim,
barmaqlardan da almaq olar
dodaqların hərarətini.
Soyuq həmişə isinməyə işarə deyil,
qaranlıq yaxınlıq üçün deyil həmişə.
İndi çox şeyi bilirəm və məəttəl qalmıram bu işə...

May 22, 2008 10:39
SƏNSƏN HƏR YER… Qulunun bir kitablıq şeridir. Bir kitaba sığışmayan şeridir. Burası da var: Qulu bu bir kitabın içindəki şerləri on…neçə ilə yazıb. Yaza bildiyi qədər yox, poza bildiyi, imtina edə bildiyi qədər yazıb… Bir şerin yaratdığı kitabda Qulunun özcə nəfəsi var, bu nəfəsi onun şerdə getdiyi, gözü işığa düşüb azdığı, sonra… anadillərdən soruşub tapdığı… yoldur. Qulunun şerinin nəfəsi bütövdür, bəzi yerlərdə nəsildaşları arasındakı intonasiya oxşarlığını çıxmaqla zəhlətökən dərəcədə orijinaldır. Qulunun xarakterindəki dolamaq havası şerində də var: ətrafındakıları, özünü, zirvədə, qar əriməyən yerlərdə duranları…

Davamı...