İyul 11, 2008 13:14
Orta əsrlər şeirində aşiq yarı ilə həmişə üz-üzədir. Necə deyərlər, bir azdan ayrılıq qopacaq. Burada “qopacaq” feli bəlkə də yerinə düşmür. Ayrılıq qopmur, gəlir, ancaq elə gəlir ki, elə bil dünya qopur. Aşıq şeirində isə hər şey ayrılığa oxunur, o “qopur” dediyimiz artıq baş verib, aşıq həmişə ifrat halın, “qəzavü-qədərin” türküsünü oxuyur. Orta əsrlər şeirində “birnəfəslik” (üz-üzə dayanma) məsafəni heç kim qət edə bilmir, deyilən söz az qala ulduzlara çatır, kəhkəşanı gəzib-dolaşır, “niqab” açılmır, söz ünvanına çatmır və bu, sözün öz içində dərin təbəddülatlar yaradır, deyək ki, Nəsimidə bir cür, Füzulidə tamam başqa xassədə.
Bax: http://yusifli.unblog.fr/2008/07/25/epancha-traduction-larticle-de-lauteur-vers-le-francais/
Davamı...
İyul 10, 2008 10:26
Gülüş - həyat nəhrində xilasedici halqadır. F. Rable.
Məlumdur ki, komediyada min illərin təcrübəsində yığılıb işlənən süjet arxetipləri həmişə bu və ya digər dünyagörüşü, dünyanı anlama və bədii təfəkkür aləmiylə bağlı olmuş, müvazi olaraq süjet arxetiplərinin keyfiyyət dəyişmələri özünü konflikt və hərəkətin təbiətindəki çevrilmələrdə də göstərmişdir. «Mətnin əşya dünyasının təcəssüm olunduğu bütün məkan kontiniumu hansısa toposda verilir. Mühüm olanı başqa bir cəhətdir – ətrafında mətnin personajlarının hərəkət etdiyi əşya və predmetlərin təsviri, bu zaman məkan münasibətləri sistemi - toposun strukturu meydana çıxır» (4).
Davamı...
İyul 9, 2008 13:03
Bu dünyada az yazan, hər bir sözünün üstündə əsən, onu yalnız və yalnız özününkü etməyincə ağ kağızın üzərinə köçürməyən, çap olunmaq, görünmək mənasında xəsisdən xəsis....nə bilim, daha bu kimi xüsusiyyətlərə malik olan yazıçılar, şairlər də var. Adam var ki, bütün ömrünü, taleyini Tanrının ona verdiyi gücü, enerjini «şair obrazı» yaratmağa sərf edir; şer yaza bilmək, on kitabın, yüz şerin müəllifi olmaq hələ şairliyə dəlalət etmir – şairlik həmin o «şair obrazının» məhv edilib, yerlə-yeksan edilib dağıdılmasından başlayır. Özün öz içində bişməlisən ki, arzuladığın «qəlibə» düşə biləsən, səni «xam material» kimi kiminsə, nəyinsə «divarına» hörə bilməsinlər.

Davamı...
İyul 9, 2008 12:06
Vaqif Bayatlının şeirləri haqqında müəyyən məqamlarda söz açmışam; təəssüratım belədir ki, bu şeirlər haqqında hər dəfə yazanda onları vurub keçmək olmur, o mənada ki, bu şeirlər hər dəfə gözlərin qarşısında yeni biçimdə peyda olur, onların sehrini birə-beş artıran nədir belə? Bu sirrin açarı nədədir, hardadır? Bəri başdan deyim ki, bunun üçün əlahiddə bir xüsusiyyət mövcud deyildir, hər şey- dediyimiz ələgəlməz sirr də, başqa digər xüsusiyyətlər də bir bütöv tamın içində, onun bətnindədir; ancaq elə bir formada və biçimdə ki, onu, yaxud onları ayrıca şəkildə təsəvvürə gətirmək, gerçəkləşdirmək, əyaniləşdirmək …mümkünsüz deyildir…
Davamı...
İyul 7, 2008 18:01
Bədii əsərlərin təhlili zamanı mətnin ən müxtəlif səviyyələrindən bəhs edilsə də, tapılan detalların, ayrı-ayrı işarə və nüansların kökünün harada olması tədqiqatdan kənarda qalır. Mətnin gücü bu tapılan elementlərin əsər məkanında birləşməsindən yaranır.

Davamı...
İyun 22, 2008 18:24
Yazıçı Azər Abdullanın hekayə və povestlərini həmişə maraqla izləyirəm. Hər dəfə bu və ya digər nəsr əsəri çap ediləndə diqqətlə oxuyur, bu yazıçının mənə bəlli olan manerasında hər hansı dəyişikliyin olub-olmadığını öyrənmək istəyirəm. Azər bəyin hadisələri çözmək, təsvir etmək, müxtəlif süjet dolanbaclarından keçirmək stixiyası mənə maraqlı gəlir. Azər Abdulla janrın sərhədləri içində hansı hadisənin necə baş verməsi, inkişaf etməsi və başa çatma məntiqini məkan amili ilə sıx surətdə bağlaya bilir – yəni, onun cızdığı “janr dairəsində”, konturları apaydın olan bu məkanın içində hər bir əşyanın yeri, harada, hansı nöqtədə olması, hansı surətlə yerindən tərpənməsi ölçü-biçi daxilindədir.
Davamı...
İyun 16, 2008 13:19
İnsan, varlıq və dünyanın gerçək mahiyyəti haqqında həqiqət məlumdur ki, müxtəlif ədəbi janrlar vasitəsilə ifadə edilir. Hər janrın özünəməxsus yaddaşı, spesifikası, məxsusi dünyası vardır. Hər bir janr ayrılıqda götürüldükdə İnsan və dünyanın mahiyyətinin dərkində bir pillə, bir vasitədir. Bu mənada müxtəlif ədəbi növ və janrlar arasında da Çin səddi çəkmək; «spesifik» anlayışı altında olanları bir-birlərinə yadlaşdırmaq lazım deyildir. Belə bir tezisi əsas götürüb, məsələn, M.F.Axundovun «Hacı Qara» komediyasını bir-bir roman kimi də oxumaq olar. Yaxud Mirzə Cəlilin «Dəli yığıncağı»nı poema kimi «oxumaq» da müşkül məsələ deyildir. Əvvəla, bu iki söz – drama və poema etimoloji cəhətdən «etmək» felinin mənasına uyğun gəlir.
Davamı...
Aprel 2, 2008 16:37
Azər Abdullanın «Söz havası» hekayəsində yaratdığı obraz ilk baxışdan doğrudan da tanışdır, hər bir cizgisi, ştrixi, hərəkətiylə. Amma bütün bunların içində həm də elə bil ki, hamının tanıdığı adam deyil. Bizim tanıdığımız adama büsbütün yaddır, yenə də: hər bir cizgisi və hərəkətiylə. Tanışlıq həmin doğmalığın və həmin yadlığın sərhəddindən keçir. Haqqında bəhs edilən obrazı əvvəlcə hamı haray-həşirlə gözləyir, o gələnə qədər sadəcə həyacan var – məqsədli, yuxarıdan gələn tapşırığı nəyin bahasına olursa-olsun icra etmək, danlaq götürməmək üçün. İynə kimi axtarsalar da tapmaq mümkün olmur. Hər küncdə-bucaqda bir qarovulçu, bir güdükçü qoyurlar – mümkün olmur. Onun özü gəlməlidir. Gəlib çıxır da. Kiminsə danışmağı, həyəcanlanmağı, əlinin daş altında olması… eyninə deyil, əksinə yaranan vəziyyətdən sövq-təbii, həm də kəmfürsətcəsinə öz xeyrinə istifadə edir. İçdiyini içir, yediyini yeyir (… diş götürür), yerdə qalanı kəmali-ədəblə büküb cibinə qoyur. Auditoriyanın fərqinə varmır – qanadlı, eşqli, havalı sözlər, cümlələr işlədir, belə – bu eşq və havayla danışan adam ömründə yaza bilməz, yaza bilsə – dili tutular, bunların ikisindən biri olmalıdır, hər ikisini bir yerdə istəsən Allaha qarşı çıxmalısan, üsyan etməlisən.

Davamı...
Fevral 5, 2008 14:42
Böyük Azərbaycan şairi Əli Kərim haqqında bir çox məqalələr yazmışam, poeziyadan bəhs edən yazılarımda, demək olar ki, bütün məqalələrdə bu və ya digər münasibətlə Əli Kərim yaradıcılığına müraciət etmişəm. Əksər hallarda ölçü və etalon kimi. Bu söz təsadüfən işlənməmişdir. Əli Kərim o şairlərdəndir ki, yazı prosesində illər boyu içində yaratdığı ƏDƏBİYYAT ETALONUNA güvənərək yazırdı, belə deyək, yazılmaq üçün axışıb gələn yazıların qarşısını ala bilirdi, qeyd edək ki, YAZI PROSESİNDƏ bu çox əhəmiyyətli və çox az yaradıcı adama nəsib olan faktorlardandır. Əli Kərim yazıları içində və arxivində saxlaya bilirdi.
Davamı...
Yanvar 31, 2008 11:31
Ritm bədii mətndə hərəkətin xüsusi təşkil formasıdır. Hərəkət, təşkil olunmadan, necə gəldi, xaotik şəkildə «axa» bilməz. Bədii şüurun və təfəkkürün mətndə əyaniləşən bütün komponentləri bədii mətn çərçivəsində özünəməxsus təşkil prinsiplərinə tabe olmalıdır. Bu komponentlər, o cümlədən bədii zaman, kənardan əsərin içinə dolmur, məhz bədii mətn çərçivəsində «doğulur», həyat əlaməti qazanır. Bədii zaman həmişə real, ancaq qeyri-xətti zamanın dəyişdirilməsidir, bu da bədii obrazın spesifikası və müəllif konsepsiyası (ideyası) ilə, əsərin predmet qatını təşkil edən yaradıcı sintez keyfiyyətinə malik olan subyektiv və obyektiv başlanğıcı, nitqi və kompozisiyanı bir tam kimi izah edir. Buradan belə nəticə hasil olur ki, bədii mətndə, həm də bədii təfəkkürün bətnində həmişə arısıkəsilməz dəyişmə, transformasiya prosesi baş verir, ancaq əsəri mütaliə edərkən biz bu «burulğanı» deyil, bədii-poetik nitqin müəyyən qanunlara tabe olan sırasını, düzümünü, başqa sözlə desək, təhkiyəni «görürük».

Davamı...