Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

Avqust 5, 2008 10:13

  Mətn

       Mənə belə gəlir ki, istənilən dövrdə qələmə alınmış bədii mətndə əsas cəhət ideoloji yön deyildir. Başqa sözlə desək, bədii mətnin öyrənilməsi kompleks yanaşma tələb edir, tədqiqatçının bir sıra başqa “dillərə” vaqif olmasını şərtləndir, əks təqdirdə - ən yaxşı halda heç nə ilə izah edilə bilməyən qəribə bir kollaj alınır. Bu kollajın ayrı-ayrı elementləri – hissəcikləri arasında əlaqə olmur – onlara birbaşa keçid – o baş-bu başa tapdanmış yol mövcud olur. Deyək ki, Nəsimi dövründə yazılmış şeiri o dövrün ideoloji-siyasi.... təfəkkür axınlarını bəlirləməklə təhlil etməklə mətnin bətninə hopan ovqatı, bədii enerjini tapmaq, bu yazının içinə hörülən mətləbləri aşkarlamaq mümkün deyildir.

 muzey

Davamı...
May 30, 2008 17:31

  DAXİLİ QÜRBƏT ŞIRIMLARI...

      Hərdən fikirləşirsən ki, yatıb-yatıb birdən oyanmaq nə adətdir, görəsən bu adətin əsiri olub haraya qədər gedib çıxmaq olar? Sual absurddur, cavabı yoxdur, cavabı... gündəlik seyr etdiyimiz hadisələr, başımızın səbəbsiz yerə çatdaması və birdən sakitləşməsi, sonra yenə nəyisə yada salıb zülüm-zülüm ağrıması... və sair və ilaxır nəsnələrdir. Deyəsən, dünya yer-yerdən sökülür, dağılır və ən anlaşılmaz (bəlkə də spesifik) olanı budur ki, dünya hardasa gülləylə «deşik-deşik» edilir, hardasa tufan, sel, qasırğa və zəlzələ, yer sürüşməsi (...ayağım altından yer qaçır, başımın üstündən fəlakət uçur...) şəklində qopur, çat verir, hardasa söyüşlə, qarğışla, nifrinlə... Yazı, mətn qəribə magiyaya malikdir, bəlkə bu söz heç yerinə düşmür, elə hadisələr baş verir ki, geriyə nəzər salsan, onları müxtəlif mətnlərin içində «yatmış» görərsən. Bədii mətn bu mənada bəlkə də «yuxu» kimi bir şeydir, yəni, yuxu da, mətn də özündə dünyanın əvvəli ilə axırını (aqibətini) birləşdirir, hadisə baş verdikdən sonra «reallıq» və magjiya pərdəsi açılır, bu dəm mətn də Borxesin «Qorxulu yuxularındakı» aşkarlayıcı-perqament kimi meydana çıxır, zühur edir. Necə ki, «Kitabi-Dədə Qorqudun» ilk cümləsi «qopdu» sözü ilə bitir. «Qopdu» ilahi mənşəyə işarədir, burada dünya hələ «qopmur», başlayır, ancaq diqqətlə nəzər yertirdikdə hər iki «qopmağın» arasında bir elə prinsipial fərq görünmür.

 sillon

Davamı...
May 30, 2008 17:09

  UTOPİYA VƏ ANTİUTOPİYA. Ənənəvi kitab bayramının 100 illiyinə

     Qəzetlər, jurnallar, səhifələr, kitablar çoxaldıqca .... deyəsən, məzmun itir. Əlahəzrət məzmun. Mən bir nəfər tanıyıram, yumruqlarını stola düyüb, çiyinlərini qaldıraraq deyir: şübhəsiz ki, filankəs böyük şairdir. Baxırsan, gülməyin tutur, fikirləşirsən ki, əgər doğrudan da belədirsə, onun sənə heç bir ehtiyacı yoxdu, a qağa... Məzmun itir, qeybə çəkilir. Hamı bir səhifəlik yer tutub, şəklin harda olması, başın, eynəyin, qəlyanın... hansı vəziyyətdə olması... da önəmli məsələlərdəndir. Hamı içində nə olduğunu bilir və hamı da içindəki yalanı yəirə-əyirə gedir. Gün axşam oldu. Dünən bu şəkillərdən, daha doğrusu yazılardan birinə baxdım.

 kitab bayrami

Davamı...
May 22, 2008 10:39

  ANADİLLƏRDƏN SORUŞDUĞUM YOL…

       SƏNSƏN HƏR YER… Qulunun bir kitablıq şeridir. Bir kitaba sığışmayan şeridir. Burası da var: Qulu bu bir kitabın içindəki şerləri on…neçə ilə yazıb. Yaza bildiyi qədər yox, poza bildiyi, imtina edə bildiyi qədər yazıb… Bir şerin yaratdığı kitabda Qulunun özcə nəfəsi var, bu nəfəsi onun şerdə getdiyi, gözü işığa düşüb azdığı, sonra… anadillərdən soruşub tapdığı… yoldur.  Qulunun şerinin nəfəsi bütövdür, bəzi yerlərdə nəsildaşları arasındakı intonasiya oxşarlığını çıxmaqla zəhlətökən dərəcədə orijinaldır. Qulunun xarakterindəki dolamaq havası şerində də var: ətrafındakıları, özünü, zirvədə, qar əriməyən yerlərdə duranları…

 cheval

Davamı...
Aprel 2, 2008 16:52

  ABSURD SUALLAR

«Mütaliə o zaman qarşısı alınmayan sual vermə prosesinə çevrilir ki, oxucu var gücünü toplayaraq özünü mətndə verilən suala qarşı qoymağa məcbur edə bilsin».

Mişel Meyer («Problematika və Ritorika») 

    Müasir şairlərdən birinin şerində belə bir deyim var ki, reallıq – olanlar yox, olmayanlardır. Bədii mətn öz strukturu və funksionallığı etibarilə məhz bu prosesi - olmayanların oxucunu aldada-aldada yaradılmasını, yavaş-yavaş yer üzünü, göy üzünü əvəz etməsi (birləşdirməsi) və nəhayət gerçəkliyin invariantına çevrilməsini canlandırır. Bizim ədəbi praktikada son zamanlar xeyli əsər- nəsr və poeziya nümunələri yaranmışdır ki, bir tənqidçinin təbirincə «gəl məni araşdır» deyə «qışqırır». Ancaq bizim fikrimizcə, bu, qışqırıq olsa belə içində dərin həyəcan yoxdur, yəni elə qışqırıqdan başqa bir şey deyildir. Hər şeydən qabaq ona görə ki, həmin əsərlərin böyük bir hissəsi sənətkarlıq baxımından aşağıdır, dil, üslub, özünüifadə ilə bağlı qüsurlar «dizə çıxır» (qüsurların yolverilməz dərəcədə olması sahəsində istənilən rekordu arxada qoymaq çətindi bəyəm?!), bir sözlə, təəssüflə olsa da qeyd edək ki, başına tərif və alqış «şabaşı» yağdırılan bu əsərlərin müəyyən qismi hər hansı ciddi tətqiqatın predmetini təşkil etməyə belə layiq deyildir. Ədəbi proses, bilmirəm, belə demək olarmı, yoxsa yox, mətnin ilk cümlələrini çox böyük istetadla qələmə ala bilən, sonra qəzavü-qədrədənmi, nədənsə özünü itirən, çox böyük güc sərf edərək özünü tapmaq istəyən və buna görə də məcbur olub sağa-sola güc sərf edən adama oxşayır. Mən xəstə demək istəyirdim, dilimdən «adam» çıxdı.

Davamı...
Aprel 2, 2008 16:44

  BƏRPAÇIYA MƏKTUBLAR

Mən bilirdim ki, sən o romanı yaza bilməyəcəksən. ... Elm üç qarış olur, birinci qarışı keçən təkəbbürlü olar, ikinci qarışı keçən Bəhlul Danəndə olar (... bağışla məni), bəlkə də İftar Əruzi olar, amma üçüncü qarışı keçən mütləq bərpaçı olar. Yəqin ki, bunu oxuyanlar mənim quş dilində danışdığımı zənn edəcəklər, ancaq nə fərqi, bu maralları kimsə tanıya, ya tanımaya, əsas odur ki, maral çox olanda, rezoqraf maşını ilə tirajlananda daha fərq də aradan götürülür. Hamı olur ay qoşa buynuz keçi...

 ironie

Davamı...


Yazılar cəmi: 6   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com