Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 2, 2008 17:11

  Filoloji Fantaziya. Ramiz Rövşən yaradıcılığı poetik sistem kimi. Ön söz

Bir neçə söz... Ramiz Rövşənə gətirən (aparan) yol….  

    Uzaq keçmişdən baş alan yolun hansı cığırı Ramizə gəlib çatdı, dayandı, şaxələndi, böyüyüb dünyanı tutdu? Burda yanaşmanın metodu düzgün işlənməlidir. Böyük poeziya ənənənin davamından çox, inkarıdır, onun dalıyca yox, üstüylə getməkdir, belə olduqda «yuxarıdan» - səmadan hər şey ovuc içində olduğu kimi görünür, belə olduqda «inkar» sözü daha çox özünütəsdiqə çevrilir, kor, «mənəm-mənəm» israrçı mövqedə dayanmır, YAZIDA məcburən bu münasibəti ifadə etməlisən, bunu sən yox, tutduğun mövqe diqtə eləyir. Ramiz Rövşənin sevdiyi, başqa sözlə desək, bütün ömrü boyu seçdiyi şairlər onun sənət yoluna həlledici təsir göstəribmi? Bu məqamı hökm şəklində qətiləşdirmək olarmı? Mənə belə gəlir ki, olmaz. Onun sevdiyi, sevə-sevə, bəzən də ürək ağrısıyla nümunə gətirdiyi şairlər haqqında yazdığı yazılarda da «distansiya» görsənir, müəyyən məqamlarda ortaya düşündürücü suallar qoyur. Götürək elə Mikayıl Müşfiqi...Bütün Azərbaycan poeziyasında «könül» obrazını fərqli bir metaforaya, başqa sözlə desək, missiyalı şairlərin həyat tərzinə, tale sınağına çevirən Mikayıl Müşfiq lap gənc yaşlarında qətlə yetirilsə də, bir neçə şeriylə, bu şeirlərin və özünün şair obrazının gücü ilə səssiz, «lal» duyğuların arasından sarı sim kimi keçir. Yəni, hamının içindən keçən Müşfiqə məşhur bayatıdakı «qızıl gül»dən çox, Əkrəm Əylislinin və Ramizin hər yerdə könül yanğısıyla dilləndirdiyi «könül» obrazı yaraşır: 

Tərlansan, göydən enməzsən,
Torpaqlarda sürünməzsən,
Mən dönsəm də, sən dönməzsən,
yaşa könül,yaşa gönül... 

Davamı...
May 30, 2008 12:58

  JALƏ. Qırmızı qutu. Hekayə

 -         Özünün istədiyin var? 

Oğlan gözləmədiyi sualdan diksindi. Onsuz da bayaqdan özündə deyildi. Sakitcə oturub gözlərini parkın o başındakı çinar ağacına zilləsə də, narahatlığı üzünə çökmüşdü. Qızın sualından utandı, başını aşağı saldı. Heç nə demədi. Qıza da elə bu lazım idi. Kişilər haqqında düşündüyü və düşünmədiyi hər şeyi döşədi ilk dəfə gördüyü bu oğlanın qabırğasına. Oğlan deyəndə ki...35 yaşı vardı, yaşıd idilər... Ürəyini boşaldandan sonra hirsi soyudu. Oğlanın səsi də çıxmadı. Ona yazığı gəldi qızın. 

-         Sən heç bir qızı müdafiə edə bilmirsən, səndən ər olar adama?        

-  Olmaz?

jale

Davamı...
Aprel 27, 2008 10:20

  METAFORA

           Bitib-tükənməyən bir dünya, həyatın, taleyin yeni qatı ölçüyə gəlməzlik hissini aşılayan «yöndəmsiz» obrazlarla (…çayları, çölləri tutsan boyuna, ayları, illəri tutsan boyuna…) verilir. Ömür bir qatdan başqa bir ölçüyə keçir, təbiət, ekologiya, atmosfer dəyişir və bu batini dəyişiklik yüz ölçüb-bir biçilmiş ifadələrlə görsədilir, elə konturlar daxilində, elə dəqiq işarələrin köməyi ilə verilir ki, gördüyün mənzərəni tamamlamaq istəyirsən, onu öz cümlələrinlə, öz sözlərinlə yazmaq, nağıl etmək istəsən də, yenə də şairin sözləri, şairin ifadə vasitələrindən qaça bilmirsən.

 soley

Davamı...
Aprel 22, 2008 23:06

  Məğlubiyyət çələngi

   "Yazıçının öhdəsində üç yaradıcı mənbə mövcuddur: müşahidə, tərkibinə mütaliə dairəsi də daxil olan şəxsi təcrübə və təxəyyül. Bu axırıncı elementin necə meydana çıxması heç kəsə məlum deyildir. Başqa sözlə desək, bu, üç çəni olan su təchizatı sisteminə bənzəyir: kranı açırsan və suyun hansı çəndən gəlməyini kəsdirə bilmirsən. Yaradıcılıqda da belədir. Nəyin haradan gəldiyini demək çətindir: bunu ya sən uydurmusan, ya da haradasa görmüş, yaxud eşitmisən. Ancaq bir şey mütləq dərəcədə aydındır: ədəbiyyat məhz bədii uydurma olduğuna görə, bədii ədəbiyyat adlanır.

 folkner

Davamı...
Aprel 15, 2008 13:28

  PATRIK ZÜSKIND Kontrabas Mono-pyes

Patrick 

Kontrabas   Mono-pyes

    Otaq.. Kimsə Bramsın II simfoniyasını oxudur, özü də astadan zümzümə eşidir. Yaxınlaşıb-uzaqlaşan addım səsləri eşidilir. Bu adam butulkanın ağzını açıb pivə süzür. Bir dəqiqə … gözləyin… Aha! Budur o! Eşidirsiniz? Bax, indicə! Həmin passaj bir də təkrar olunacaq, səbrinizi basın…Budur! Eşidirsiniz?! Bas demək istəyirdim, bas, yəni kontrabas.Plastinkanın qolunu çəkib ayırır, musiqi kəsilir....Bu mənəm. İstəyirsinizsə, belə deyək: bu bizik. İş yoldaşlarım və mən. Milli Orkestr. Bramsın ikinci simfoniyası, etiraf etmək lazımdır ki, təsirlidir. Altı nəfərik. Orta hesabla kollektivin böyük bir hissəsi. Bütövlükdə səkkiz nəfər. Hərdən kənardan iki nəfər də qoşulur, oluruq on. Bəzən sayımız on ikiyə çatır, bu isə artıq gücdür, böyük güc. Əgər on iki kontrabasçı qol götürüb nəsə eləmək istəsə (demək istəyirəm ki, nəzəri baxımdan), heç bütöv bir orkestrlə də onların qabağına çıxa bilməzsiniz.

Davamı...


Yazılar cəmi: 5   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com