May 29, 2008 12:26
«Studio» romanı axan zamanın romanıdır, bizim dövran barədə yazılan ən gözəl romanlardan biridir. Eyni zamanda bu, Filip Sollersin də ən gözəl əsəridir.
Filip Sollers Bordoda doğulub. İlk romanı – «Bir maraqlı tənhalıq» 1958-ci ildə nəşr edilib. Bu münasibətlə o, XX əsrin iki azman sənətçisinin xeyir-duasını alıb: Moriak və Araqon. Sonralar yazdığı «Park» romanı ona «Medicis» ödülünü qazandırıb. Filip Sollers həm də böyük naşirdir. Belə ki, o, 1960-cı ildə məşhur «Tel Quel» məcmuəsinin əsasını qoyur. 1983-cü ildən etibarən isə o, «L’infini» adlı dərginin nəşrinə başlayır.
Davamı...
May 26, 2008 15:56
Bəli, dəxli oldu-olmadı, cəfakeş Nərimanımızın 50 yaşı tamam olur. Bu 50 yaş Nərimanın cəfakeşliyi müqabilində dəhşətli dərəcədə çox görünür. Nəriman, doğrudan da ürəyi yanandır, özünə yox, başqalarına gün ağlayan, onların ən xırda işlərini belə könüldən gələn şövqlə görən bir insandır. Nərimanın son dərəcə orijinal danışığında heç kəsin işlətmədiyi, işlətsə də Nərimanın vurğusu ilə deyə bilmədiyi sözlər, hecalar, hərflər mövcuddur. Bu qaydada Nəriman adama elə gəlir ki, bir az da qabağa getsəydi ayrıca bir dil də yarada bilərdi.

Davamı...
May 18, 2008 11:44
Bu yazı illər bundan qabaq yazılıb və keçən müddət ərzində Sabir Sarvanın şeirləri mənim bir çox dostlarımın dilinin əzbəri olub. Bu yazını Sabirə və dostlarıma həsr edirəm...Bir də... Sabirin qədim dostu Mehdi Bəyazidə...

Davamı...
May 9, 2008 16:54
Çağdaş fransız fəlsəfəsinin ümumi mənzərəsində Jak Derrida şübhəsiz, çox görkəmli yer tutur. Hələ bir neçə il əvvəl biz təfəkkürü, ortaya qoyduğu mətləblər etibarı ilə o qədər də asan anlaşılmayan bu filosof haqqında məlumat verməyə çalışmışdıq. Bu yazıların birində onun çapdan çıxmış son kitablarının biri haqqında məlumat verilmişdi.

Davamı...
May 8, 2008 18:47
Heminqueyin ilk hekayələrinə dünyanın, necə deyərlər, qeyri-optimist dərki xasdır. İnsanlar itirilməli olmayan həqiqətlərə çatmaq üçün dünyaya gəlir, ancaq onlar son nəticə etibarilə bütün bunlardan əlavə, həm də xəyal və illüziyalarını itirirlər. İnsan öz məğlubiyyətindən tezliklə ibrət götürüb bu ağla sığmayan rejimə uyğunlaşa bilirsə, o, hələ duruş gətirib yaşaya bilər. Belə bir vəziyyətdə gerçəkliyi qəbul etməyən qəhrəman yaşamağa gəldiyi həyatın qurbanı olur. Dünyanı qəbul etməyi bacarmamaq doğrudan da, faciə ilə sonuclanır, bu mövzu Anderson, Heminquey və Selincerin bir çox hekayələrinin ana mövzusuna çevrilmişdir. Yadımıza salaq, Andersonun yuxarıda təhlil etdiyimiz bir çox hekayələrini. Gerçəkliyi qəbul etməyən qəhrəmanın ondan birdəfəlik olaraq qopub ayrılması faciə ilə nəticələnir. Heminquey qəhrəmanının puç olmuş xəyallarının təsvirində lirizm və ironiya baş-başadır.

Davamı...
May 8, 2008 16:37
M.F.Axundovun «...Kimyagər» komediyasında belə bir məqam var.
Hacı Nuru şair (bimövqe cibindən bir kağız çıxarır). Həzərat, bir yaxşı əhvalat, yəni, avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu bir oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.

Davamı...
Aprel 17, 2008 10:04
Əlibala Hacızadənin şeirləri prozası kimi diqqət mərkəzində olmayıb, bəlkə belə deyək: müəllifsiz oxunub, əslində onun uzun illər ərzində yazdığı şerləri müəllifsiz şeirlər də adlandıra bilərik, yalnız bir qeyd-şərtlə – bunu deyərkən, türk mədəniyyətinin, bədii təfəkkür tipinin daha çox şifahiliyə meylliyini, bu lad üstündə özünü çox rahat hiss elədiyini nəzərə almaqla. Əlibala Hacızadənin şeirləri prozası kimi diqqət mərkəzində olmasa da oxunub, nəğmə kimi, türkü kimi, şərqi kimi və s., yaxud aşiq cavanların bir-birlərinə ünvanladığı məktublarda tumurcuqlanan qeyri-adi hislər kimi. Bunu xüsusi olaraq vurğulamaq lazımdır, nəyə görə? – hər şeydən qabaq burada «janr yaddaşı» ilə əlaqədar bir ayrıntını görükdürmək gərəkdir: sevgi məktublarıyla yollanan şeirlərin müəllifi bir qayda olaraq «gizlədilirdi», şeir hökmən müəllifsiz olmalıydı ki, aşiq olanın hiss və duyğularını mənzilinə maneəsiz çatdıra bilsin.
Davamı...
Aprel 10, 2008 9:33
Elin sözüylə, həm də kefli İskəndərin utancaq baxışlarıyla baxanda bir də görürsən ki, lotunun biri birdən-birə cild-cild əsərləri utandıracaq səmimiyyətlə seçilmiş əsərlərini qoydu ortaya və bu qəfil hərəkətiylə hamını çaşbaş saldı.

Davamı...
Aprel 2, 2008 16:47
... Obalardan Əsən Yellər «...Mətbu təriflərdən qaçmışam, mümkün qədər qaçmışam, belə təriflərə marağım olmayıb, tənqidçi, özü də bəzi münasibətləri nəzərə almaqla, oxucuların əvəzindən nə üçün danışmalıdır? Oxucunun səlahiyyətinə təcavüzdən, müəlliflərin tərif tamahkirliyindən xoşum gəlməyib... Tədqiqat başqa məsələdir...» Məstan Günərin iki cildliyi «Müəllifdən» sözu ilə başlayır. O «Söz»ün içində oxuduqlarım məni bir balaca narahat etdi, görəsən mən kiminsə əvəzindən danaşmağa cəhd göstərmirəm ki?! Sonra düşünürəm ki, bu, yenə də tənqidçi təfəkkürünün bəhrəsidir: başqasının əvəzindən danışmaq... Mənə elə gəlir ki, məhz tənqidçi qələmindən müəyyən bir münasibət üstündə (!) çıxan sözlər sonradan surroqat («ağacdələn») misalında düzü-dünyanı dolaşır, iynə, neştər tapılmayanda onları əvəz edir. Oxucunun adından danışmaq, oxucunun səlahiyyətinə təcavüz etmək...
Davamı...