Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyul 31, 2008 17:20

  ELAN

SÖZÜN SÖZÜ Otağının bildirisi  

Dəyərli soydaşlar:

       Sürəkli olaraq paltakda bazar günləri “Sözün sözü”  adlı otağımız olacaqdır. Otağın gündəmində yalnız  yazınla (ədəbiyatla) dilçilik konuları önəmsənəcəkdir. Konularla bağlı dəyərli söz uzmanlarımızla (şairlər, yazıçılar, dilçilər) birgə, soydaşlarımızın da otğımızı onurlandırmalarını umuruq. Otaqda siyasal çəkişmələrdən uzaq, bireylərin söz özgürlüğü ilə sayqınlığı qorunacaqdır. Otaq mərkəzi Avropa vaxtı ilə saat 21.00  başlanacaqdır.     

Sayqılarla

Eşilbax , Ərsan Ərel

İyun 10, 2008 16:28

  PIS ƏSƏRLƏR HAQQINDA KƏSKIN DANIŞMAĞIN ÖZÜ NADANLIQDIR

Cavanşir bəy, tənqidin indiki durumu haqqında nə deyə bilərsiniz? Bu durumda tənqidçilərin üzərinə hansı məsuliyyət düşür?

- Bu gün ədəbi tənqid anlayışının özü yayğındır. Bunun əyani nümunəsi kimi ortada olan tənqidi əsərlərə və kimlərə tənqidçi deyilməsinə bir balaca diqqət yetirmək lazımdır. Ədəbi prosesdə canlanma bəzi adamların düşündüyü kimi sadəcə aranı qatmaqla, ortaya təhrikçi suallar və epizodlar qatmaqla yaranmır. Yaxud əksinə, yüz minlərlə tənqidçinin güc, enerji sərf edib kimdənsə yazıçı, şair yapmaq yönündə çabaları əvvəl-axır uğursuzluğa məhkumdur. Deməli, yazılan, meydana gələn əsərdən – bədii mətndən necə yazmaq, hansı dərərcədə obyektiv olmaqdan, daha çox – bədii mətnin dərin qatlarında gizlənən perspektivi görməkdən asılıdır. Bu mənada götürdükdə bizdə tənqidin indiki durumu çox ağlamalıdır. Hələ təxminən on il əvvəl “Tənqidin ölümü” məqaləsində bu tipli mətləblərə toxunmağa çalışmışdım. Aradan keçən illər ərzində ədəbi tənqid sahəsində vəziyyət bir az da ağırlaşdı. Məsələ tənqidçilərin sayının azlığında və ya çoxluğunda, yaxud tənqidin zaman-zaman yaranan bədii mətnlərə adekvat reaksiyasından da asılı deyildir. Məncə, bir şeyi qabaqcadan lazımı şərt kimi qəbul etmək lazımdır: tənqid sırf sosioloji mahiyyətdə deyil, onun yerinə yetirdiyi iş həm də adicə bədii mətnin yerinə yetirməli olduğu funksiyadan doğur. Məsələnin bütün məğzi və bu ğün insanları çaş-baş salan cəhətlər də məhz bu məqamdadır. Adətən deyirlər: tənqid söz haqqında sözdür. Yaxud: tənqid bədii əsərin təfəkkürüdür. Və sair və ilaxır. Həm də: tənqid nəğd olan (“nəğdi-ədəbi”) şeydir. Diqqətinizi belə bir mülahizəyə yönəltmək istərdim: … sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”indən, “surət”indən danışırlar, “məna” (məni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır. (Məsiağa Məhəmmədi. “Can – Sözdür, yaxud Sözün Canı” məqaləsi). Milli tənqidin keçdiyi yolu qiymətləndirərkən bu məqamı hökmən nəzərə almaq lazımdır. Ramiz Rövşənin şeirləri çap edilər-edilməz onların üstündə nə qədər şaxsey-vaxsey gedildi, saymasaq da, hər halda onlardan biri çoxlarının yadındadır. Gənc və perspektivli tənqidçi bu şeirləri özlüyündə təhlil edir və pik məqamına yetişəndə artıq özünü saxlaya bilmir: ay ata, məni niyə əkdin, ay ana, məni niyə doğdun… Vaqif Səmədoğlunun şeirləri üstündə nə qədər nağıllar, tənqid adına mənsur şeirlər yazılıb?!
Bəzi şəxslər tənqidin funksiyasından bəhs edərkən bütün diqqəti onun müəllimlik cəhətinə yönəldir. Bu da ən dolaşıq və səhv tendensiyalardan biridir. Bizdə sovet dövründən üzü bəri nə qədər makarenkolar yetişmiş, ancaq indi onların heç birinin istinad edilməli fikri qalmayıb. Dəhşətli olan budur.
Sonra. Tənqidçinin kimliyi onun bədii mətnə münasibətindən bəllənir. Müasir ədəbiyyatdan yazmaq hələ tənqidçi olmaq anlamına gəlmir. İndi müasir ədəbiyyatı necə deyərlər, hədəfə götürüb “qurdunu öldürən” adamların, qələm çalan fiqurların heç biri tənqidçi deyildir. “Yarımçıq əlyazma” romanı haqqında yazılan məqalələri bir yerə yığıb diqqət yeririn, onların böyük əksəriyyətində əsas cəhət nədir? – insanlar qızıl kimi fürsət əldə edibmiş kimi, darısqal resenziya məkanında öz biliklərini, lüğət, ensiklopediya, sorğu kitabından axıb gələn məlumatları nümayiş etdirir, oxucunu, özü də professional oxucunu xam bilib “paradiqma”, “mətn içində mətn”, “intertekst”… və sair bu qəbildən olan anlayışlar ətrafında heç zaman bitməyən uşaq nağıllarına başlayırlar. Yaxud, yaxın günlərdə, yenə də gənc və perspektivli filosoflardan biri Ruminin xalis postmodernist olmasından bəhs edən, ancaq qayəsi, şübhəsiz ki, özünə də bəlli olmayan predmetsiz bir yazı oxudum. Bir nəfər öz rəyində qeyd edirdi ki, insan axmaqlıqlarının həddi-hüdudu yoxmuş…

Davamı...
May 22, 2008 10:55

  Rəbiqə. Tapıntı

sənə qədər bilmirdim

belə də ola bilər -

 hissə-hissə yaşana bilər məhəbbət.

məsələn,

yalnız səs qulaqları ala bilər,

təbəssüm ürəyi, 

pencək əlləri çağırar.

mən bilmirdim

insanlardan daha çox aradakı

məsafə çığırar, ağrıyar çıxılmazlığa.

Bilmirdim,

barmaqlardan da almaq olar

 dodaqların hərarətini.

Soyuq həmişə isinməyə işarə deyil,

qaranlıq yaxınlıq üçün deyil həmişə.

İndi çox şeyi bilirəm və məəttəl qalmıram bu işə...

rose

Aprel 11, 2008 14:01

  "Yazıçı itirilmiş cənnətin xəyali səyyahıdı"

     Ca­van­şir Yu­sif­li: Heç bil­mi­rəm nə­dən baş­la­yam, bu qə­zet-jur­nal iş­çi­lə­ri­nin işi-gü­cü qur­ta­rıb, in­di də adam­la­rı due­lə çı­xa­rıb üz-üzə qo­yur­lar, at­ma­ğa bir şey də ver­mir­lər ki, ba­şı­nı qa­ta­san. Ya­dı­ma gə­lir, kim­sə yaz­mış­dı ki, ... bu dün­ya­da bir şa­ir də var idi, gül­lə­lə­ri heç dəy­mə­di hə­də­fə... Ya­zan ada­mın gül­lə­si hə­də­fə dəy­mə­yə­cək­sə, ti­rə ge­dib at­ma­ğın da mə­na­sı yox­du. Bur­da mü­qa­yi­sə­lər də apar­maq olar: ya­zan adam gö­rə­sən ov­çu­ya bən­zə­yir, yox­sa snay­pe­rçiyə?! Biz­də hə­mi­şə xü­su­sən də şai­ri ov­çu qi­ya­fə­sin­də təs­vi­rə meyl olub, şa­ir əlin­də zağ­lı tü­fəng gö­yü ni­şan alır. Bur­da baş­qa bir ana­lo­gi­ya­ya da get­mək olar: de­yə­sən Cə­fər Cab­bar­lı haq­qın­da yaz­mış­dı­lar ki (bəl­kə də bu bir ob­raz­dır...), hər gün ha­va qa­ra­lan ki­mi, iş­dən qa­yıt­dıq­dan son­ra da­ma çı­xar, ci­bin­dən na­qa­nı çı­xa­rıb ni­şan alıb atar­mış. Ul­duz­la­rı­mı ni­şan alar­mış, yox­sa, or­dan da o ya­na, adı bi­lin­məz, di­bi gö­rün­məz mə­kan­da mür­gü­lə­yən nə­yi­sə çə­kib-gə­tir­mək, haqq-he­sab çək­mək is­tə­yir­miş? An­caq bu ne­cə at­maq­dı ki, düz ni­şan alan­da da gül­lə­lər qa­yı­dıb özü­nə də­yir. Snay­pe­rçinin bü­tün cəhd­lə­ri­nin so­nun­da min il son­ra aş­kar­la­na­caq dəh­şət­li bir ölüm du­rur. Davamı...
Aprel 5, 2008 18:06

  DUEL:

Əhməd Oğuz: Hər adamın kimliyi, təbii ki, onun özünü ətrafa – həm doğmalara, həm də yadlara necə tanıtmasıyla ölçülür. Amma insanın əsl kimliyi onun öz-özünə verdiyi «Mən kiməm?» sualıyla açılır. Füzulinin məşhur misrasını xatırlayaq: 

«Mən kiməm? – Bir bikəsü-biçarəvü-bixaniman, 
Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman».

Füzulidən 500 il sonra tanınmış türk yazıçısı Əziz Nesin öz-özünə bu sualı bir az başqa şəkildə verdi: «Əziz, sən kimsən?» yox, «Əziz, sən nəsən?»Cavanşir, bu mənada, mən səni ədəbiyyatımızı, xüsusilə şerimizi gözəl bilən ədəbiyyat adamı, fransızcanın incəliklərinə bələd olan tərcüməçi, elm adamı kimi tanıyıram. Sən özünü necə tanıyırsan, bu sayqılarımın hansı sənə daha yaxındı. Bir sözlə, Sən kimsən?

Davamı...


Yazılar cəmi: 5   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com