İyul 30, 2008 17:15
Demək, əlbəttə asandı.
Sonra.
Həm də: ... yadda saxlayın ki, abunəçiyə məlum olmasa da artıq meydana gəlmiş trafik, məsələn, casus və virus trafiki zaman-zaman abunəçilərin tezlik zolağında yığılıb qalır. Bəlkə, insanların öz içində azmasının səbəbi bundadır.
Amma mən başqa şey demək istəyirdim.
Davamı...
İyul 6, 2008 17:19
****
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...

Davamı...
İyul 1, 2008 10:21
Avtobusda gedəndə gördüm səni
Yol keçirdin kimsə yoxdu eynində
Bir kəpənək, bəlkə mələk-kim bilir
Qonmağa yer axtarırdı çiynində.
Davamı...
May 18, 2008 23:48
.... arizi-qəmlər əlıindən ürəyim şişmiş idi..
Qədim zamanlarda mistiklər arasında bu söz (dilin tutulması) simvolik cümlə kimi işlənirdi. Şərqdə bir çox irfani və mistik məktəblər bu simvolik obrazın sirrini tapmağa çalışsa da, heç kəs bu məsələni çözə bilmirdi, çözsəydi belə heç nə deyə bilməzdi, yəni, tapılan həqiqətin deyilməsi çətindi, dilə gəlmir, sözə dönmürdü....
Davamı...
May 13, 2008 15:27
…birinci kədər…
Orda…
“Elmlər”in girəcəyində
Böyük sütunlar
Ortaboy qadın
Kiçik təbəssüm
Və xırdaca ümid şəkli var…
Bu şəkil
Yellənəcək
Gerçəkliklərin üstündən
Saat kəfkiri tək
Səhər-axşam,
Axşam-səhər,
Gecə-gündüz,
Gündüz-gecə…
Və hər saat,
Hər dəqiqə,
Hər saniyə
“Mən burdayam,
“Elmlər”də…” pıçıltısı
Düşər yerə
Çilik-çilik,
Çilik-çilik olacaq…
Bu…
İlk kədərdi sadəcə…
Bu birincidi…
…ikinci kədər…
Qadın
Sevərkən
Gözlərini yumar
Gözləri açıqdırsa,
sevmir demək…
Kişi
Sevərkən
Qadının üzünə baxar
Baxmırsa,
Özgəsini düşünür demək…
Bizim variantda…
Sən gözlərini yummusan,
Mən üzünə baxıram…
Sanki
Metro sərnişinləriyik
Səbirsizliklə gözləyirik
Növbəti stansiyanı
Yerin altından çıxıb
Hərə öz yoluyla getsin deyə…
Aman Allah.!
Günəş üçün darıxdım…

Aprel 26, 2008 23:34
“... səni də düşəsən mən düşən günə, Görüm göyün olsun, quşun olmasın....”
Yaşamaq – yanmaqdı, deyirlər,Çırpı kimi yanmaq;Islağını sən tap gətir,Qurusu mənim boynuma.

Davamı...
Aprel 22, 2008 22:45
Azərbaycan ədəbi mühitində, necə deyərlər, qeyri-rəsmi, heç bir möhkəm statusu olmayan şəxslərin, onların haçansa bu və ya digər münasibətlə dedikləri sözün təsir dairəsi nədənsə geniş olur və üstündən illər keçəndən sonra onlar haqqında qəribə mif yaranıb-formalaşır. Əksinə, normal yaradıcılıq yolu keçən, ortaya cild-cild əsərlər qoyan, hər əsəri haqqında az qala özü boyda əsərlər yaradılan ədiblər, zaman keçdikcə «əsərsiz qalır», mənasızlaşır, yazdıqları bir-birinin, özü də yazdıqlarının təkrarına çevrilir.

Davamı...