Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 7, 2008 17:55

  TƏNQİD METADİL OLMAQDAN BAŞQA, HƏM DƏ ETİRAFDIR

       Ədəbi prosesin istənilən hadisəsi haqqında düşündüklərini yazmaq çox asandır, nəinki ədəbi tənqidin mahiyyəti və nə olması haqqında. Birincisi, sənin “düşündüklərin” özün də hiss etmədən illər boyu müəyyən qəlib içinə oturmuşdur və istənilən ədəbi fakt, ya hadisə ilə bağlı bu qəlibin içində sonsuz sayda işarələr var ki, ifadə olunmağa fürsət gəzir. Mənə elə gəlir ki, hər bir yazan adam ilk növbədə məhz bu “ifadə olunmaq istəyən işarələri” var gücüylə boğmağa çalışmalıdır. Onlara dərhal qapı açmaq, necə deyərlər, artıq müqavimətin və immunitetin itirilməsi anlamına gəlir.Bizim ədəbi prosesdə tənqidlə canlı proses arasında həmişə bu və ya digər şəkildə “ölüm-dirim savaşı” getmişdir və bir balaca kənardan baxan kimi bu müharibənin nə qədər amansız və mənasız olması bilinir.

Davamı...
May 31, 2008 14:27

  Azərbaycan Ədəbiyyatında nə baş verir? I Məqalə

     İllər uzunu mən bu sual ətrafında düşünmüşəm. Sualın müəyyən cavabı və təfərrüatları özümə bəlli olsa da, onları tam şəkildə üzə çıxarmağa sadəcə ərinmişəm, prosesi izləmək “xəstəliyi” üstün gəldiyindən susmağı üstün saymışam. Ancaq prosesə dalmağın özü də bir xəstəlikdir və əslində uzun illərin düşüncələrindən bu hasil olub ki, mən dəhşətli bir xəstəlik haqqında yazırmışam. İndi o yazı hazırdır və onu sizə üstündə düşünə-düşünə, işləyə-işləyə təqdim edirəm. Müəyyən ixtisarlarla…
      “Xəstəliyin” ilk üzdə olan bəlirtisi budur ki, ədəbiyyat sahəsinin maqnit gücü fantastik dərəsədə artıb: el arasında deyildiyi kimi, burada bir qara qəpik olmasa da hamı maqnit sahəsinə can atırmış kimi qaçışa hazırlıq vəziyyətindədir: indicə hakimin fiti çalınacaq və hərə qucağında bir dəstə kitab ləngər vura-vura dünya şöhrətli kulturoloq Aydın Xanın kitab bayramının finalında yandırılan məşələ doğru qaçacaq. Bu, əlbəttə bir zarafatdır və ən ağlamalı şeylərin də əvvəli Mirzə Cəlil demişkən, çox gülməli olur. Maqnit sahəsi bu adamları itələdikcə onlar əl-ələ tutaraq, kürək-kürəyə dayanaraq o burulğanın tən ortasına doğru yüyürürlər. Bu adamlara elə gəlir ki, onları özünə çəkən böyük bir qüvvədir və bu fürsəti itirsələr məmləkət yasa batacaq. Ancaq fərqində deyillər ki, bu qüvvə onları çəkmir, əksinə, itələyir, yəni, bala, get, işinlə, gücünlə məşğul ol. Yox, deyir, ölsəm torpağınam, qalsam, səninəm… Və beləcə, zəngin neft ölkəsinin kasıb ədəbiyyatı özünə və dünyaya meydan oxuyur (Xahiş edirəm, səbrinizi basın, söhbət yalanı həqiqət adına sırımaqdan gedir…). Real vəziyyət isə tamam başqa şəkildə və düzümdədir. Məsələn, belə bir “komiksə” diqqət yetirin: dünyanım heç bir ölkəsində hətta səfeh adam belə postmodernizmdən bu qabalıqla və belə şiddətli nadanlıqla danışmaz.

Davamı...
May 21, 2008 15:26

  ZAMANI ÖTƏN ŞEİRLƏR SORAĞINDA. Aydın Məmmədovun xatirəsinə. II Hissə

       Şeir yazmaq, təbiri caizsə, bir dəfə yaradılan Dünyanı söküb, dağıdıb… öz fəhmi və gücüylə, nəfəsiylə təzədən yaratmaqdır. Allahın, Tanrının yaratdığını təkrar etmək mümkün olmadığı kimi yazmaq işi də üzü sonsuzluğa gedir, canına-qanına bəlkə də dünyanın bütün enerjisini toplayıb nəyəsə işarə edə biləsən!.. Və yazmağın, bədii mətn yaratmağın bütün dəhşəti və faciəsi də burasındadır!..Bu misralar dünyanın havası, ovqatı içində dolaşan pıçıltılardı, yəqin ki, güllər, çiçəklər də tumurcuqlayanda o pıçıltılara bənzər «səs» çıxardır, əvvəl-əvvəl elə təəssürat yaranır ki, Əhməd Oğuzun üzü şər qarışana tutub dedikləri sənə çatmır, əl-əlbət şairin təklik içində oturub dediklərinin hələ heç bir düzümü yoxdu, be şeirlərdə bəndlər, bir-biriylə qafiyələnən misralar, insana küy şəklində çatan musiqi yoxdu, nədisə yaranışdan o yanadı, saza qədər gələn yoldu…

time is running

Davamı...
May 19, 2008 16:03

  ZAMANI ÖTƏN ŞEİRLƏR SORAĞINDA. Aydın Məmmədovun xatirəsinə. I Hissə

     İnsan üçün Atanı, Ananı, mənsub olduğu milləti seçmək mümkünsüz bir işdir, eləcə də Şair doğulduğu, yaşadığı Zamanı, dövranı seçə bilməz. («Tebe ne vıbor» – V.Səmədoğlu) Şairi, sənətkarı hansı dövrdə doğulmaq üstündə qınamaq gülünc məsələdir, normal məntiqə sığası deyil, ancaq şairlərin düz alnından vurulduğunu görüb «şux məmələr» haqqında söz qoşmaq (Qoşmaq, həm də qoşulmaq deməkdir, dövranın xıltına, tör-töküntüsünə qoşulmaq, axıb getmək…) əxlaqsızlıqdır, özünü sığortalamaqdır. Adi, öləri bir varlıq kimi!

 vremya

Davamı...
May 17, 2008 10:12

  NƏSRİN BİTMƏYƏN SUALLARI

     Йазмаьын, дцнйайа бядии мятн эятирмяйин (!) язял мянасы, щяр шейдян габаг, кечмиши, кечмиш заманын ичиня эюмцлянляри бир бахышла дирилтмяк вя ъанландырмагдыр. Ня гядяр поетик чыхса да, кечмишин гаранлыьына сюйлянян сюз-щяниртиляр, СЮЗ-НЯФЯС тякъя нялярися дирилтмир, щям дя онларын мяна вя мащиййятини мювъуд эерчяклийин щадисялярийля баьлайыр, «дцйцнцн» вурулдуьу йердян фящмин, шцуралтынын чешмяси чаьлайыр, СЮЗ-цн бцтцн енержиси сяфярбяр едиляряк, аз гала дцнйанын алтыны цстцня чевирир, мящз беля бир мягамда ичиндя йашадыьымыз эерчяклик няср тяфяккцрцндя – дейяк ки,  роман жанрынын сярщядляри дахилиндя СОН НЯФЯС кими йашанылыр.

 guerre

Davamı...
May 13, 2008 14:40

  XXI ƏSRƏ MƏKTUB

    Şair olanların günahı nədir? Dünyanı bir qasırğa kimi içindən keçirib həzin bir bayatı, ilahi bir oxşama üstündə durulan və bu sakitliyi ilə dünyanın sabit durumunu alt-üst edən şairlər bəlkə də birinci asılmalı məxluqlardır. Şeir və günah hissi… Qəribə səslənmirmi? Vaqif Səmədoğluda belə bir misra var

:…Elə bil südəmər körpəyə güllə atmışam.

    Ən günahsız bəndələrin canlarına olmazın dərd-sər çəkməsi, özlərini hamının yerinə günahkar bilməsi, heydən düşənə qədər dərdlə sevişməsi Dünya Evinin əzəli-əbədi sirlərindəndir. Bu sirri-xudanın fəlsəfi açılışı hər bir gözəl şeirdə ayrıca kəşf edilir, ancaq çevrə qapanana yaxın özündən təzə-təzə sirli çevrələr yaradır, hər bir təsadüfdə də sirrin açılışı yerinə onun sirr olması, yenidən, bir daha isbat edilir. Və bizim bu uğursuz təcrübələrimizin hər birində deyilir ki, ey dili-qafil, sirr dediyin açılmaz olduğu qədərində möcüzə törətməyə qabildir, ondan sonra bomboz bir səhra gəlir…

 lettre

Davamı...
Aprel 2, 2008 17:01

  TƏNQİDİN PROBLEMİ – ÖZÜDÜR!

Son zamanlar ədəbi tənqidin funksiyası, vəzifəsi, ədəbi prosesin parçalanmış vəziyyətə düşməsi… vəs. bu qəbildən olan məsələlərlə bağlı, mətbuatda deyildiyi kimi, «həyəcan təbili» çalınmış, amma, həmişə olduğu kimi bu «çalınmaqdan» az qala astarı da cırılmış təbilin səsinə hay verilməmiş, «karvanbaşı» təbilini də qoltuğuna vuraraq müvəqqəti də olsa meydanı tərk etmişdir. Bizdə, mənə elə gəlir ki, tənqid və ədəbi proseslə bağlı problemlər çox primitiv səviyyədə qaldırılır. Yəni, irad edilən nitq nə qədər uzun olsa da, sonda o, «yoxdur…» nidasına bərabər olmuş, burada, bu təsadüfdə niyə, nə üçün, nəyə görə… suallarına cavab verilməmişir. Qismən cavab verilsə belə, ardıcıl olmamışdır, buna görə də tənqidlə ədəbi proses arasındakı münasibətin «anormallıq» üstündə köklənən durumu müsbətə doğru dəyişməmişdir. Davamı...
Aprel 2, 2008 16:33

  İNDİ NƏDƏN, KİMDƏN DEYƏK..

      Bu çağın müstəvisinə çıxarılan problem, belə deyək: bəlkə də problem yox, mövcud durumun ümumi səciyyəsini açıqlayan bir göstəricidir. Hər bir milli ədəbiyyat Zamanı özünəməxsus şəkildə, özünün dəyərləri, dünyanı dərketmə və s. sistemlərdən keçirib «özgəninkiləşdirərək» əks etdirir. Ancaq ifadə işlənən kimi əks arqumentlər meydana çıxır: zamanı əks etdirmək mümkün deyildir, çünki lap kobud şəkildə deməli olsaq belə, zamanın sığacağı GÜZGÜ yer üzündə hələ ki, mövcud deyildir, ədəbiyyatda zamanı necə deyərlər «adekvat» şəkildə göstərməyin yeganə üsulu onu QABAQLAMAQ, başqa sözlə, ötüb keçməkdir. Ədəbiyyatda Zamanla qovğanın hansı səviyyədə olması hər bir bədii sənət əsərindən boyaboy görsənir.

poetry

Davamı...
Mart 24, 2008 14:45

  “DOLU” romanı və nəsrimizin problemləri

    “Dolu” romanı bu günün Azərbaycan nəsrinin spesifik problemlərini çözmək baxımından maraqlıdır. Aqil Abbas çoxdandı susmuşdu və düzünü deyim: arxada buraxdığı əsərlərinə görə bu sükutu pozmağa bəlkə də (mənbiləni) dəyməzdi. Ancaq adı çəkilən roman dərc edildi, reaksiya doğurdu (baxmayaraq ki, biz bu reaksiyaları bir elə ciddi hesab etmirik) və Aqil Abbas bir nasir kimi yenidən doğuldu. Mövzu – Qarabağ müharibəsi romanı diqqətlə oxumağı tələb edir və bu həm oxucu, həm də müəllifin üzərinə böyük məsuliyyət qoyur. O mənada ki, artıq bu mövzuda bir neçə zəif nəsr əsəri meydana çıxmışdır, biz müasir dövrün fəlakətlərinin bədii həllini araşdırmaq marağındayıq. Aqil şübhəsiz ki, istedadlı adamdır, nasir kimi (bu romanıyla) müşahidə qabiliyyətinin itiliyinə, süjet məkanında baş verən hadisələr arasında özünəməxsus fəhm və ustalıqla bağlar yarada bilən, adicə detalı canlı, diri əhvalat şəbəkəsinə qoşan, bir sözlə, sözünün canı olan qələm sahibidir.

Davamı...
Yanvar 31, 2008 11:16

  DOST ÖLMƏYƏ…

   Bəzən Tanrı insana elə bir güc, elə bir təpər, enerji verir ki, onu daşımaq, ifadə etmək, «xərcləmək» bir yana qalsın, xain, paxıl gözlərdən yayınıb bu halal qismətlə baş-başa yaşamağın özü məşəqqətə çevrilir. Səyavuş Sərxanlı Tanrının böyük talant və tükənməz məhəbbət enerjisi bəxş etdiyi adamlardan biriydi; onun dünyaya gəlməsiylə köçməsinin arasında dərin fikrə gedən illər dürna qatarı kimi əcəl tüfəngiylə atılan qızıl gülləyə tuş gəlib, onun bu dünyada yaşadığı ömür, həyat neçə gündür ki, başqalaşıb, tanrının dəfətərinə yazılıb, heç zaman solmayacaq bir rəng kimi «aşkarlanmaqdadır». Bu dünyadakı rənglər bəlkə də Kosmosdan süzülən rənglərin, Tanrının onu adıyla səsləyən, çağıran səsinin rənginin çox zəif kölgəsidir.

 seyavush

Davamı...


Yazılar cəmi: 17    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com