Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

Avqust 5, 2008 10:13

  Mətn

       Mənə belə gəlir ki, istənilən dövrdə qələmə alınmış bədii mətndə əsas cəhət ideoloji yön deyildir. Başqa sözlə desək, bədii mətnin öyrənilməsi kompleks yanaşma tələb edir, tədqiqatçının bir sıra başqa “dillərə” vaqif olmasını şərtləndir, əks təqdirdə - ən yaxşı halda heç nə ilə izah edilə bilməyən qəribə bir kollaj alınır. Bu kollajın ayrı-ayrı elementləri – hissəcikləri arasında əlaqə olmur – onlara birbaşa keçid – o baş-bu başa tapdanmış yol mövcud olur. Deyək ki, Nəsimi dövründə yazılmış şeiri o dövrün ideoloji-siyasi.... təfəkkür axınlarını bəlirləməklə təhlil etməklə mətnin bətninə hopan ovqatı, bədii enerjini tapmaq, bu yazının içinə hörülən mətləbləri aşkarlamaq mümkün deyildir.

 muzey

Davamı...
İyun 21, 2008 16:48

  Tofiq Abdinə məhəbbətlə...

Bu gün “Ədalət” qəzetində şair Tofiq Abdinin “Tənqidçidən insafsız ittihamlar” yazısı çap edilib. Tofiq bəyin yazısında əsas məqam odur ki, mən niyə bəzi istedadlı şairləri görmürəm.

Mən bu suala cavab vermədən yazını diqqətinizə çatdırmaq istərdim:

 
Davamı...
İyun 16, 2008 15:52

  ÖZÜNƏQAYIDIŞ

      Vaxtilə V.Korotiç Taras Şevçenkonun ölümünə həsr etdiyi şeirində yazırdı:

                           O, uzun bir ömür yaşadı,
                          Qırx yeddisində öldü.

      Portuqal şairi Fernando Pessoa da həyatla bu yaşda vidalaşmışdı, hardasa yazılmışdı ki, şair üçün, xüsusən də Avropa şairi üçün bu, böyük bir yaş həddidir. Əgər onun Həyatını günlərin, ayların, illərin konkret miqdarı ilə yox, onun son nəticəsinin – dünyada mövcudluğunun demək olar yarım əsrlik bir dövründə edə bildikləriylə təsəvvürə gətirsək, cəsarətlə demək olar ki, Pessoa çox uzun bir ömür yaşadı. Pessoa yaradıcılığının ən müxtəlif təmayüllü, ən müxtəlif səviyyəli araşdırıcıları indiyə qədər də onun yaradıcılıq dühasının əsas xassəsini açıb ifadə etməkdə çətinlik çəkirlər. Çünki sözün açığı, haqqında danışacağımız Fernando Pessoa bir bütöv şair olsa da, bir bütöv şəxsiyyət deyildir – haçalanan, atom kimi bölünüb çoxalan bir təbiət hadisəsidir ki, bitmək, tükənmək bilmir, üzü sonsuza doğru davam edir.

 pessoa

Davamı...
İyun 12, 2008 19:28

  QARANLIĞIN IŞIĞI

Getdi, gəlməz bahar yeli.
Mahnılar yarıda qaldı.
Bütün baxçalar kilidli,
Açarlar tanrıda qaldı.
Gəldi çatdı, ölüm demək,
Nə bir meyvə, nə bir çiçək
Yanır günəşdə bir pətək,
Bütün bal arıda qaldı… 
      (Cahit Sıtqı Tarançı).
bird in flight
Davamı...
May 31, 2008 16:16

  Kralın qulağına zəhəri kim töküb?

    Şekspirin “Hamlet”ində belə bir yer var: ...indi cavan həyasızların vaxtı gəldi!... “Proloq” qəzetində çap edilmiş “Azərbaycan ədəbiyyatında nə baş verir?” məqaləsi rezonans doğurdu. Qanturalının növbəti saydakı yazısına fikir verin.     Bu yazını və bu sütül oğlanın şəklini görən kimi yadıma Şekspirin sözləri düşdü.

     Qanturalı kimin əsgəridir? Özü bilir... Məncə, ondan məhz ƏSGƏR çıxmaz! Əsgər başqa, fərqli anlayışdır!    

    Uzatmayaq... Adı çəkilən yazıda Rasim Qaracanın “yaradıcılığından” bəhs edərkən Qanturalıya da bəri başdan cavab vermişəm. Əlavə şərhə ehtiyac yoxdur məncə. Tahir müəllim demişkən: bu da onun içindəydi...

       

May 7, 2008 15:10

  Metamorfoza

    Məlumatlı olmaq bəlkə də hələ təhlükənin başlanğıcıdır, o mənada ki, məlumat kütləsinin çoxluğu heç də ağlın, təfəkkürün itiliynə dəlalət etmir. Bizim cəmiyyətdə bu tipli insanların çox olması onlardan istifadə imkanlarını artırır. Bu özünü ədəbi mühitin qatmaqarışıq mənzərəsində açıq şəkildə göstərir. Ancaq ədəbi mühit varmı? Məncə, nə qədər kəskin səslənsə də, yoxdur demək istəyirəm. Çünki burada imzalar (yeni, köhnə, nə fərqi var?!) yox, onların üst-üstə, fasiləsiz şəkildə bir məqama (həm də sonsuz rəng çalarlarına) “döyəcləməsi” əsasdır. Bu hadisə indi də baş verir, ancaq “döyənək” şəklində. Mövcud olan isə mühitin içindəki hadisələrdən sui-istifadə etmək, onları məqsədyönlü şəkildə yönəltməkdən dolayı yaradılmış siyasi-ideoloji konyukturadır.

 metam

Davamı...
May 5, 2008 10:53

  Azadlıq

     İnsanın azadlığa can atması onun daxili, ruhani ritmini, həyat eşqinin, belə deyək: kardioqrammasını müəyyənləşdirir. Ritm əsas şeydir, müəyyənləşdirici məqamdır. İnsan bu ritmi itirəndə, yaxud özünə yad olan ritm üstündə köklənəndə və bu hadisə kütləvi xarakter daşıdıqda doğrudan da «qiyamət gününün» işarələri aktuallaşır, gözlə görə bilmə məsafəsində qərar tutur. Əslində isə məsələ qiyamət günüylə qəti şəkildə bağlı deyildir.

 azad

Davamı...
May 3, 2008 12:06

  KİTAB YADDAŞI. II Yazı. Dostum Məsiağa Məhəmmədinin ad gününə

    Bəzən gerçəklik «kitaba qayıdır». Kitabda yazılanları yaşamağa başlayır və kitabda nələrin təsvir edilməsi gerçəklikdə baş verənlərin qısa düsturuna çevrilir. Bu nədir? Əsərlə gerçəklik arasındakı əlaqələrin bir nöqtədə doğrultusumu? Yəqin ki, belədir. Ancaq... Hər şey həyatdakı «hə» ilə «yox»un bitişdiyi, biri digərinə yavuq gəldiyi məqamdan dəyişir, başqalaşır, az-az adamların anlayacağı bir nəsnəyə çevrilir. İbn Ərəbinin «Futuhat» əsərində belə bir məqam var.

 lila

Davamı...
May 2, 2008 17:06

  Arxa Plan

    «İnsan danışır. Ayıq olanda da, yuxuda da. Biz bir kəlmə söz tələffüz etmədən, dinləyəndə və mütaliə edəndə, işləyəndə və istirahət edəndə də danışırıq. Hər necə olur-olsun...danışırıq. Ona görə danışırıq ki, bu bizim üçün təbii xassədir. İnsan dili təbiətdən alıb. Belə bir təlim var ki, heyvanlardan və bitkilərdən fərqli olaraq, insan danışan varlıqdır. İnsanı insan edən də dildir....» (Haydeger). 

 arxaarxa

Davamı...
May 1, 2008 13:25

  KİTABLAR. Birinci yazı

     İnsanın ayrılmaq istəmədiyi kitablar və mövzular olur. Yazırsan, yaxud oxuyursan, qurtaracağının, sona yetəcəyinin fərqində olmursan. Tələbəlik vaxtından oxuyub bitirmədiyim kitablar var, yəqin ömrün son anlarının birində birnəfəsə oxuyub (başına çəkib) bitirməyə (hərisliklə içirsən və dil-dodağının yalayırsan) vaxt tapılar. Bir kitab da var. Uzun illərdi «Azərbaycan komediyasının poetikası» üzərində işləyirdim. Nəşriyyata verdim. Və Allaha yalvardım ki, bu kitabı bir başqa tərzdə yazmaq üçün bir də dünyaya gəlim.  Mənim mənfi planda, dəhşətli bir həvəslə oxuduğum kitablar da var. Özünü çox böyük sənətkar hesab eləyən isimlərin «əsərləri» olmasaydı, yəqin çox şey itirərdim. Gözümüzün qabağında çox böyük isimlərin qrafomana çevrildiyinin şahidi olursan. Ya da belə: bizdə qocalanda hamı şair olur və bu şairciklər hamıya həcv yazırlar («...Mən tüpürdüm hüsnə xal yapışdıran şairlərin yoluna – R.Rza»). Çox bəsit düşüncə sahiblərini kötəkləyə-kötəkləyə elə yerlərə çıxarıblar ki, indi özləri də onu (salam, şair-!) oradan düşürə bilmirlər.

arvre

Davamı...


Yazılar cəmi: 18    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com